https://sputnik.az/20220621/nazir-bagcalarda-pul-yigilmasina-munasibet-bildirib-443148946.html
Nazir bağçalarda pul yığılmasına münasibət bildirib
Nazir bağçalarda pul yığılmasına münasibət bildirib
Sputnik Azərbaycan
Nazir bildirib ki, ümumtəhsil müəssisələrində pul yığılmasının qarşısının alınması kifayət qədər vaxt tələb edib. 21.06.2022, Sputnik Azərbaycan
2022-06-21T15:35+0400
2022-06-21T15:35+0400
2022-06-21T15:35+0400
emin əmrullayev
təhsil
təhsil naziri
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433800_0:28:2000:1153_1920x0_80_0_0_a20e2a8c4837546eecdf4354dc125c03.jpg
BAKI, 21 iyun — Sputnik. Təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsil səviyyəsində (uşaq bağçaları) valideynlərdən qeyri-qanuni pul alınması məsələsinə münasibət bildirib."Report"un məlumatına görə, nazir hazırda uşaq bağçalarının əksəriyyətinin fəaliyyətini qənaətbəxş saydığını söyləyib.E.Əmrullayev qeyri-qanuni pul yığılması məsələsinə gəlincə, bunun həm obyektiv, həm də subyektiv səbəbdən baş verdiyini deyib: "Yəni bu hal heç də həmişə insanlara bağlı məsələ olmur. Bəzi hallarda bağçaların infrastrukturu, onlara verilən avadanlıq və oradakı vəziyyət buna imkan vermir. Bəzi hallarda isə insanlarla, bağçanın rəhbərliyi və s. ilə bağlıdır".Nazir vurğulayıb ki, uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra işçilərlə bağlı müvafiq intizam tədbirləri görülməyə başlanıb, yaxın həftələrdə ictimaiyyət bununla bağlı məlumatlandırılacaq: "Proses davam edir və daha detallı məlumat verə bilmərəm. Ümumtəhsil müəssisələrində pul yığılmasının qarşısının alınması kifayət qədər vaxt tələb etdi. Uşaq bağçalarında da oxşar yanaşmalar tətbiq ediləcək. İstənilən halda istənilən təhsil müəssisəsində qeyri-qanuni pul yığılmasının əleyhinəyik. Belə hallar aşkarlanarkən hər hansı güzəşt olmadan müəssisə rəhbərləri ilə bağlı ciddi intizam tədbirləri görülür".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433800_227:0:2000:1330_1920x0_80_0_0_4e0121bdd124b6867b778ec09c38067d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
emin əmrullayev, təhsil naziri
emin əmrullayev, təhsil naziri
Nazir bağçalarda pul yığılmasına münasibət bildirib
Nazir bildirib ki, ümumtəhsil müəssisələrində pul yığılmasının qarşısının alınması kifayət qədər vaxt tələb edib.
BAKI, 21 iyun — Sputnik. Təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsil səviyyəsində (uşaq bağçaları) valideynlərdən qeyri-qanuni pul alınması məsələsinə münasibət bildirib.
"Report"un məlumatına görə, nazir hazırda uşaq bağçalarının əksəriyyətinin fəaliyyətini qənaətbəxş saydığını söyləyib.
E.Əmrullayev qeyri-qanuni pul yığılması məsələsinə gəlincə, bunun həm obyektiv, həm də subyektiv səbəbdən baş verdiyini deyib: "Yəni bu hal heç də həmişə insanlara bağlı məsələ olmur. Bəzi hallarda bağçaların infrastrukturu, onlara verilən avadanlıq və oradakı vəziyyət buna imkan vermir. Bəzi hallarda isə insanlarla, bağçanın rəhbərliyi və s. ilə bağlıdır".
Nazir vurğulayıb ki, uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra işçilərlə bağlı müvafiq intizam tədbirləri görülməyə başlanıb, yaxın həftələrdə ictimaiyyət bununla bağlı məlumatlandırılacaq: "Proses davam edir və daha detallı məlumat verə bilmərəm. Ümumtəhsil müəssisələrində pul yığılmasının qarşısının alınması kifayət qədər vaxt tələb etdi. Uşaq bağçalarında da oxşar yanaşmalar tətbiq ediləcək. İstənilən halda istənilən təhsil müəssisəsində qeyri-qanuni pul yığılmasının əleyhinəyik. Belə hallar aşkarlanarkən hər hansı güzəşt olmadan müəssisə rəhbərləri ilə bağlı ciddi intizam tədbirləri görülür".