https://sputnik.az/20220621/meymunciceyi-virusu-heyvanlar-arasinda-yayila-bilermi---bes-alimler-ne-fikirdedir-443163181.html
Meymunçiçəyi virusu heyvanlar arasında yayıla bilərmi? Alimlər nə fikirdədir?
Meymunçiçəyi virusu heyvanlar arasında yayıla bilərmi? Alimlər nə fikirdədir?
Sputnik Azərbaycan
Mütəxəssislər ev heyvanlarını baytar nəzarəti altında saxlamağın vacib olduğunu qeyd edirlər. 21.06.2022, Sputnik Azərbaycan
2022-06-21T23:22+0400
2022-06-21T23:22+0400
2022-06-22T21:24+0400
xəstə
səhiyyə
heyvan
meymunçiçəyi
https://cdnn1.img.sputnik.az/img/41768/18/417681877_0:0:1921:1080_1920x0_80_0_0_83d3f0fee98063827c3d71c8ce63200c.jpg
BAKI, 21 iyun — Sputnik. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) İngiltərədə aşkar edilən və sürətlə yayılmağa davam edən meymunçiçəyi virusunun yaratdığı yeni təhlükəni üzə çıxarıblar.UKHSA-nın məlumatına görə, mütəxəssislər meymunçiçəyi virusuna yoluxmuş xəstələrin 21 gün ərzində ev heyvanları ilə təmasda olmağını tövsiyə etmir. Böyük Britaniya hökuməti indiyə qədər heç bir heyvanda meymunçiçəyi virusunun aşkar edilmədiyini bildirib.Uorvik Universitetinin professoru Lourens Yanq dağsiçanı və digər gəmirici heyvanların xəstəliyə həssas olduğunu qeyd edib:"Narahatlıq ondan ibarətdir ki, virus heyvanlara ötürüldüyü zaman insanlar arasında yoluxma hallarının sayı arta bilər. Bu zaman heyvanlar virusun daşıyıcısı olacaq".Mütəxəssislər ev heyvanlarını baytar nəzarəti altında saxlamağın vacib olduğunu deyib.Azərbaycana meymunçiçəyini təsbit edə biləcək testlər göndəriləcəkÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana meymunçiçəyi virusunu təsbit edə biləcək testlər göndərəcək. Bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.O xatırladıb ki, bundan əvvəl də dünyada bu xəstəlik olub:ÜST rəsmisi bildirib ki, Azərbaycan hökuməti testlərin gətirilməsi üçün müraciət edib:Meymunçiçəyi nadir virus infeksiyasıdır və insanlar arasında da ötürülə bilər. Adətən bu xəstəlik yüngül keçir, xəstələrin əksəriyyəti bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar baş verir.İlkin simptomlara qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, şişkin limfa düyünləri, titrəmə və taqətsizlik aiddir. Çox vaxt üzdə başlayan və sonra bədənin digər hissələrinə yayılan bir səpgi baş verə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41768/18/417681877_0:0:1921:1440_1920x0_80_0_0_7d13a5351f4896adfd7c833251eaf4dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəstə, heyvan, meymunçiçəyi
xəstə, heyvan, meymunçiçəyi
Meymunçiçəyi virusu heyvanlar arasında yayıla bilərmi? Alimlər nə fikirdədir?
23:22 21.06.2022 (Yenilənib: 21:24 22.06.2022) Mütəxəssislər ev heyvanlarını baytar nəzarəti altında saxlamağın vacib olduğunu qeyd edirlər.
BAKI, 21 iyun — Sputnik. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) İngiltərədə aşkar edilən və sürətlə yayılmağa davam edən meymunçiçəyi virusunun yaratdığı yeni təhlükəni üzə çıxarıblar.
UKHSA-nın məlumatına görə, mütəxəssislər meymunçiçəyi virusuna yoluxmuş xəstələrin 21 gün ərzində ev heyvanları ilə təmasda olmağını tövsiyə etmir. Böyük Britaniya hökuməti indiyə qədər heç bir heyvanda meymunçiçəyi virusunun aşkar edilmədiyini bildirib.
Uorvik Universitetinin professoru Lourens Yanq dağsiçanı və digər gəmirici heyvanların xəstəliyə həssas olduğunu qeyd edib:
"Narahatlıq ondan ibarətdir ki, virus heyvanlara ötürüldüyü zaman insanlar arasında yoluxma hallarının sayı arta bilər. Bu zaman heyvanlar virusun daşıyıcısı olacaq".
Mütəxəssislər ev heyvanlarını baytar nəzarəti altında saxlamağın vacib olduğunu deyib.
Azərbaycana meymunçiçəyini təsbit edə biləcək testlər göndəriləcək
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana meymunçiçəyi virusunu təsbit edə biləcək testlər göndərəcək. Bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O xatırladıb ki, bundan əvvəl də dünyada bu xəstəlik olub:
"Afrikada onsuz da olub və Avropada da yeni yayılmağa başlayıb. Koronavirus qədər narahatedici səviyyədə deyil. Fərqli formada yoluxuculuq qabiliyyəti olduğundan insandan insana çətin keçir. Ona görə də çox da narahat olmuruq. Lakin təbii ki, bunu da izləmək lazımdır".
ÜST rəsmisi bildirib ki, Azərbaycan hökuməti testlərin gətirilməsi üçün müraciət edib:
"Çox qısa zaman ərzində Azərbaycana testlər gətiriləcək. Virusu aşkarlamaq üçün bir neçə test növü var. Hazırda hansı növ testin Azərbaycana gətirilməsi müzakirə olunur. Bu müzakirələri Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə aparırıq. Təxminən minlərlə belə testin gətirilməsi nəzərdə tutulub. Onu da qeyd edim ki, hazırda Azərbaycanda həmin virusla bağlı təhlükə yoxdur".
Meymunçiçəyi nadir virus infeksiyasıdır və insanlar arasında da ötürülə bilər. Adətən bu xəstəlik yüngül keçir, xəstələrin əksəriyyəti bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar baş verir.
İlkin simptomlara qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, şişkin limfa düyünləri, titrəmə və taqətsizlik aiddir. Çox vaxt üzdə başlayan və sonra bədənin digər hissələrinə yayılan bir səpgi baş verə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.