https://sputnik.az/20220621/herbi-deniz-quvvelerimiz-enerji-infrastrukturunun-muhafizesi-uzre-taktiki-telim-kecirir-443166614.html
Hərbi Dəniz Qüvvələrimiz enerji infrastrukturunun mühafizəsi üzrə taktiki təlim keçirir
Hərbi Dəniz Qüvvələrimiz enerji infrastrukturunun mühafizəsi üzrə taktiki təlim keçirir
Sputnik Azərbaycan
Təlimə Hərbi Dəniz Qüvvələrinin 30-dan çox gəmi və kateri, həmçinin 1500 nəfərədək şəxsi heyət cəlb olunub. 21.06.2022, Sputnik Azərbaycan
2022-06-21T17:44+0400
2022-06-21T17:44+0400
2022-06-21T17:44+0400
hərbi
hərbi dəniz qüvvələri
taktiki təlimlər
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443164765_0:94:1000:657_1920x0_80_0_0_a9a7b34cbad3a874938c0070853572ef.jpg
BAKI, 21 iyun — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlim keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Gəmilərin baza məntəqəsindən çıxışından qabaq keçirilən brifinqdə Hərbi Dəniz Qüvvələrin komandanı kontr-admiral Sübhan Bəkirov təlimin gedişatı və icra olunacaq fəaliyyətlər haqqında məruzələri dinləyib.Bildirilib ki, təlimin əsas məqsədi müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətin işlənilməsi, döyüş fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir.Qeyd edək ki, taktiki təlimə HDQ-nin 30-dan çox gəmi və kateri, həmçinin 1500 nəfərədək şəxsi heyət cəlb olunub.Təlimdə Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda HDQ-nin bölmələri tərəfindən enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş tapşırıqlarının icrası üzrə fəaliyyətlər praktiki yerinə yetiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443164765_0:0:1000:750_1920x0_80_0_0_0577cde33d6814dd0bfa7d01f021b63a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hərbi dəniz qüvvələri, taktiki təlimlər
hərbi dəniz qüvvələri, taktiki təlimlər
Hərbi Dəniz Qüvvələrimiz enerji infrastrukturunun mühafizəsi üzrə taktiki təlim keçirir
Təlimə Hərbi Dəniz Qüvvələrinin 30-dan çox gəmi və kateri, həmçinin 1500 nəfərədək şəxsi heyət cəlb olunub.
BAKI, 21 iyun — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlim keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Gəmilərin baza məntəqəsindən çıxışından qabaq keçirilən brifinqdə Hərbi Dəniz Qüvvələrin komandanı kontr-admiral Sübhan Bəkirov təlimin gedişatı və icra olunacaq fəaliyyətlər haqqında məruzələri dinləyib.
Bildirilib ki, təlimin əsas məqsədi müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətin işlənilməsi, döyüş fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, taktiki təlimə HDQ-nin 30-dan çox gəmi və kateri, həmçinin 1500 nəfərədək şəxsi heyət cəlb olunub.
Təlimdə Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda HDQ-nin bölmələri tərəfindən enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş tapşırıqlarının icrası üzrə fəaliyyətlər praktiki yerinə yetiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.