https://sputnik.az/20220621/her-kesin-menzil-sahibi-olmasi-ucun-sertler-yumsaldilmalidir---ekspert-443126978.html
Hər kəsin mənzil sahibi olması üçün şərtlər yumşaldılmalıdır - Ekspert
Hər kəsin mənzil sahibi olması üçün şərtlər yumşaldılmalıdır - Ekspert
Sputnik Azərbaycan
Şərtlər sadələşdirməlidirlər ki, bu gün rəsmi maaşı az olan, kənar gəlirləri olan şəxslər də mənzil sahibi ola bilsinlər 21.06.2022, Sputnik Azərbaycan
2022-06-21T08:37+0400
2022-06-21T08:37+0400
2022-06-21T08:37+0400
mənzil
cəmiyyət
ipoteka
ipoteka kreditləri
elnur fərzəliyev
ekspert
https://cdnn1.img.sputnik.az/img/41651/10/416511091_0:127:2961:1793_1920x0_80_0_0_2001ad6b25013c28413ee9dca0555125.jpg
BAKI, 21 iyun — Sputnik. Tikinti şirkətləri binanı tikib təhvil verənədək, yəni 3-5 il ərzində mənzilləri kreditlə sata bilirlər. Belə olan halda şirkət ilkin ödəniş kimi vəsaitin 30-50 faizini alır, qalıq hissəni isə illər üzrə aylara bölür. Nəticədə də aylıq ödəniləcək məbləğin yüksəkliyi aztəminatlı ailələr üçün sərfəli olmur. Bu səbəbdən də bu gün haqlı olaraq ipoteka və daxili kredit şərtləri ilə bağlı narazılıqlar var.Bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.O deyir ki, hazırda ölkədə rəsmi iş yeri olanlarla müqayisədə qeyri-rəsmi iş yeri olanlar, minimal əmək haqqı ilə çalışanlar çoxdur: "Bu şəxslər kirayə mənzil layihəsindən də yararlana bilmirlər. Evsizlik problemini aradan qaldırmaq üçün sənədləşmə prosesi, şərtlər daha da sadələşdirilməlidir. Yəni, şərtlər sadələşdirməlidirlər ki, rəsmi maaşı az olan, yaxud da kənar gəlirləri olanlar da ev ala bilsinlər".Fərzəliyevin sözlərinə əsasən, mənzil almaq imkanının yaxşılaşdırılması üçün əmək haqları artırılmalı və yeni iş yerləri yaradılmalıdır: "Maaşlar aşağı olduğu üçün banklar həmin şəxslərə kredit vermirlər. Əmlak kreditləri ilə bağlı faizlər aşağı salınmalıdır. Belə olan halda vətəndaş çalışıb hansısa formada mənzil sahibi ola biləcək. Məsələn, 25 il üçün 100 min manatlıq ipoteka krediti götürürsənsə, sonda təxminən 350 min manat ödəmiş olursan.Daşınmaz əmlak üzrə digər ekspert Elnur Azadov isə bildirir ki, bu yaxınlarda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Mərkəzi Bank, kredit mexanizmini həyata keçirən, akkreditasiya olunmuş banklarla birgə ekspertlərin iştirakı ilə kiçik konfrans olub: "Burada müxtəlif slaydlar yolu ilə iptekaların verilməsi və onların idarəetmə xərcləri bizə göstərildi. Nəticə olaraq bildirildi ki, bu kreditlərə görə onların demək olar ki, mənfəətləri yoxdur, elə yalnız xərcləri qarşılayırlar"."Lakin bir sual yaranır ki, nəyə görə xaricdə bir çox ölkələrdə ipoteka 3-5 faiz, bizdə isə fərqli olur", - deyə o əlavə edib.O deyir ki, son 1 ildə 3 bank tərəfindən kommersiya ipotekaları həyata keçirilməyə başlanılıb: "Həmin 3 bank hətta çıxarışı olmayan əmlakları alternativ olaraq girov qoymaqla bu işə cəlb etməyə başlayıb. Lakin deməzdim ki, bu yüksək nəticələr verib. Əslində iqtisadiyyatı sabit hansısa xarici ölkədə bu tətbiq olunsa idi, daha uğurlu nəticələr əldə olunardı. Hətta bir-iki il ərzində banklar tərəfindən inşaat sektoruna kifayət qədər investisiya cəlb olunardı".Azərbaycanda nəticələrin gözlənilən kimi olmadığını deyən ekspert bununla bağlı da arşaıdrmaların aparılmasına ehtiyac olduğunu bildirib.Güzəştli ipoteka kreditləri 4 faiz, zəmanət verilmiş və verilməmiş kreditlər üzrə faiz 7-8 arasında dəyişir. Daxili kreditlərə görə isə faiz təxminən 10-12 arasında dəyişir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41651/10/416511091_159:0:2890:2048_1920x0_80_0_0_a8f4073ed8096593f6070ce905cf0941.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mənzil, ipoteka, ipoteka kreditləri, elnur fərzəliyev, ekspert
mənzil, ipoteka, ipoteka kreditləri, elnur fərzəliyev, ekspert
Hər kəsin mənzil sahibi olması üçün şərtlər yumşaldılmalıdır - Ekspert
Şərtlər sadələşdirməlidirlər ki, bu gün rəsmi maaşı az olan, kənar gəlirləri olan şəxslər də mənzil sahibi ola bilsinlər
BAKI, 21 iyun — Sputnik. Tikinti şirkətləri binanı tikib təhvil verənədək, yəni 3-5 il ərzində mənzilləri kreditlə sata bilirlər. Belə olan halda şirkət ilkin ödəniş kimi vəsaitin 30-50 faizini alır, qalıq hissəni isə illər üzrə aylara bölür. Nəticədə də aylıq ödəniləcək məbləğin yüksəkliyi aztəminatlı ailələr üçün sərfəli olmur. Bu səbəbdən də bu gün haqlı olaraq ipoteka və daxili kredit şərtləri ilə bağlı narazılıqlar var.
Bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O deyir ki, hazırda ölkədə rəsmi iş yeri olanlarla müqayisədə qeyri-rəsmi iş yeri olanlar, minimal əmək haqqı ilə çalışanlar çoxdur: "Bu şəxslər kirayə mənzil layihəsindən də yararlana bilmirlər. Evsizlik problemini aradan qaldırmaq üçün sənədləşmə prosesi, şərtlər daha da sadələşdirilməlidir. Yəni, şərtlər sadələşdirməlidirlər ki, rəsmi maaşı az olan, yaxud da kənar gəlirləri olanlar da ev ala bilsinlər".
Fərzəliyevin sözlərinə əsasən, mənzil almaq imkanının yaxşılaşdırılması üçün əmək haqları artırılmalı və yeni iş yerləri yaradılmalıdır: "Maaşlar aşağı olduğu üçün banklar həmin şəxslərə kredit vermirlər. Əmlak kreditləri ilə bağlı faizlər aşağı salınmalıdır. Belə olan halda vətəndaş çalışıb hansısa formada mənzil sahibi ola biləcək. Məsələn, 25 il üçün 100 min manatlıq ipoteka krediti götürürsənsə, sonda təxminən 350 min manat ödəmiş olursan.
Daşınmaz əmlak üzrə digər ekspert Elnur Azadov isə bildirir ki, bu yaxınlarda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Mərkəzi Bank, kredit mexanizmini həyata keçirən, akkreditasiya olunmuş banklarla birgə ekspertlərin iştirakı ilə kiçik konfrans olub: "Burada müxtəlif slaydlar yolu ilə iptekaların verilməsi və onların idarəetmə xərcləri bizə göstərildi. Nəticə olaraq bildirildi ki, bu kreditlərə görə onların demək olar ki, mənfəətləri yoxdur, elə yalnız xərcləri qarşılayırlar".
"Lakin bir sual yaranır ki, nəyə görə xaricdə bir çox ölkələrdə ipoteka 3-5 faiz, bizdə isə fərqli olur", - deyə o əlavə edib.
O deyir ki, son 1 ildə 3 bank tərəfindən kommersiya ipotekaları həyata keçirilməyə başlanılıb: "Həmin 3 bank hətta çıxarışı olmayan əmlakları alternativ olaraq girov qoymaqla bu işə cəlb etməyə başlayıb. Lakin deməzdim ki, bu yüksək nəticələr verib. Əslində iqtisadiyyatı sabit hansısa xarici ölkədə bu tətbiq olunsa idi, daha uğurlu nəticələr əldə olunardı. Hətta bir-iki il ərzində banklar tərəfindən inşaat sektoruna kifayət qədər investisiya cəlb olunardı".
Azərbaycanda nəticələrin gözlənilən kimi olmadığını deyən ekspert bununla bağlı da arşaıdrmaların aparılmasına ehtiyac olduğunu bildirib.
Güzəştli ipoteka kreditləri 4 faiz, zəmanət verilmiş və verilməmiş kreditlər üzrə faiz 7-8 arasında dəyişir. Daxili kreditlərə görə isə faiz təxminən 10-12 arasında dəyişir.