DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Filippinin prezidenti özünü həm də kənd təsərrüfatı naziri təyin edib

© AP Photo / Aaron Favila Filippinin prezidenti Ferdinand Markos
 Filippinin prezidenti Ferdinand Markos  - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Abunə olmaq
Markos ölkə daxilində qiymətlərin xarici amillərlə əlaqədar, o cümlədən Ukraynada baş verənlər nəticəsində artmaqda davam etdiyini qeyd edərək, problemin həlli üçün ərzaq məhsulları istehsalının artırılması zəruriliyini qeyd edib.
BAKI, 21 iyun — Sputnik. Filippinin yeni seçilən Prezidenti Ferdinand Markos qiymətlərin artması fonunda iyunun 21-də özünü həm də ölkənin kənd təsərrüfatı naziri təyin edib.
Bunu F.Markos iyunun 20-də, həmin ayın 30-na təyin edilən inauqurasiya mərasimi ərəfəsində bildirib.
© H.FreitagFilippin
Filippin - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Filippin
Filippinin yeni prezidenti bildirib ki, ölkə daxilində qiymətlər xarici amillərlə əlaqədar, o cümlədən Ukraynada baş verənlər nəticəsində qlobal tədarük zəncirində yaranan problemlərlə bağlı artmaqda davam edir.
Problemin həllinin vacibliyini qeyd edən F.Markos, bunun üçün ilk növbədə ərzaq məhsullarının istehsalının artırılmasının zəruriliyini bildirib.
Qeyd edək ki, Filippin prezidenti çox az hallarda özünü həm də kənd təsərrüfatı naziri təyin edir. Seçkiöncəsi kampaniya zamanı F.Markos düyünün qiymətini azı iki dəfə azaldacağını vəd etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0