https://sputnik.az/20220621/daskendde-ozbekistan-azerbaycan-biznes-forumu-kecirilib-443155679.html
Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib
Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib
Sputnik Azərbaycan
Azərbaycan və Özbəkistan birgə emal müəssisələri yaratmaqla, məhsullarını üçüncü ölkələrə tədarük edə bilər 21.06.2022, Sputnik Azərbaycan
2022-06-21T16:04+0400
2022-06-21T16:04+0400
2022-06-21T16:04+0400
azərbaycan
azərbaycan xəbərləri
özbəkistan
forum
biznes
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443137829_0:2:2048:1154_1920x0_80_0_0_9f0118f94b3bddffc48caf729bffa2ab.jpg
BAKI, 21 iyun — Sputnik. Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib.İqtisadiyyat Nazirliyindən bildirilib ki, tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.Biznes forumun açılış mərasimində çıxış edən Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yüksək xətlə inkişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün potensialın böyük olduğunu bildirib. Sardor Umurzakov qeyd edib ki, Azərbaycan və Özbəkistan əməkdaşlığı genişləndirə, birgə emal müəssisələri yaratmaqla, məhsullarını üçüncü ölkələrə tədarük edə bilər. Biznes forumun əhəmiyyətindən danışan nazir tədbirin yeni təşəbbüslərin və istiqamətlərin müəyyənləşdirilməsi üçün əlverişli platforma olduğunu diqqətə çatdırıb, müzakirələrin biznes əlaqələrinin genişləndiriıməsi üçün faydalı olacağını vurğulayıb.Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqların ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. İqtisadiyyat naziri sənaye, kənd təsərrüfatı, ticarət, investisiya və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını diqqətə çatdırıb, Özbəkistan iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, birgə layihələrin icrasına dəvət edib.Biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb.Tədbir hər iki ölkənin biznes nümayəndələri arasında ikitərəfli görüşlərlə davam edib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443137829_254:0:1795:1156_1920x0_80_0_0_5d574cac546ff38ce84858c16e40b685.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, özbəkistan, forum, biznes
azərbaycan, özbəkistan, forum, biznes
Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib
Azərbaycan və Özbəkistan birgə emal müəssisələri yaratmaqla, məhsullarını üçüncü ölkələrə tədarük edə bilər
BAKI, 21 iyun — Sputnik. Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Biznes forumun açılış mərasimində çıxış edən Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yüksək xətlə inkişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün potensialın böyük olduğunu bildirib. Sardor Umurzakov qeyd edib ki, Azərbaycan və Özbəkistan əməkdaşlığı genişləndirə, birgə emal müəssisələri yaratmaqla, məhsullarını üçüncü ölkələrə tədarük edə bilər. Biznes forumun əhəmiyyətindən danışan nazir tədbirin yeni təşəbbüslərin və istiqamətlərin müəyyənləşdirilməsi üçün əlverişli platforma olduğunu diqqətə çatdırıb, müzakirələrin biznes əlaqələrinin genişləndiriıməsi üçün faydalı olacağını vurğulayıb.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqların ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. İqtisadiyyat naziri sənaye, kənd təsərrüfatı, ticarət, investisiya və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını diqqətə çatdırıb, Özbəkistan iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, birgə layihələrin icrasına dəvət edib.
Biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb.
Tədbir hər iki ölkənin biznes nümayəndələri arasında ikitərəfli görüşlərlə davam edib.