Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bakı limanı Azərbaycanın nəqliyyat-logistika rolunu necə gücləndirəcək

© Photo : Port of Baku - Press OfficeBakı limanı
Bakı limanı - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Abunə olmaq
Ölkəmizin mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində əlverişli yerləşməsi onun tranzit hab kimi rolunun artmasına kömək edir.
BAKI, 22 iyun — Sputnik. Koronavirus pandemiyasının başlanğıcından bəri quru nəqliyyat-logistika dəhlizlərinin rolu xeyli artıb, sonra isə geosiyasi vəziyyət fonunda xeyli güclənib. "Şimal-Cənub" və "Qərb-Şərq" marşrutlarının kəsişməsində yerləşən Azərbaycan həm də tranzit layihələrinin mühüm halqasına və bunun nəticəsində Bakı Beynəlxalq Dəniz Limanının yükü xeyli artıb.
Rəsmi məlumatlara görə, 2022-ci ilin ilk beş ayı ərzində Bakı Limanı vasitəsilə TEU ekvivalentində 21 046 ədəd konteyner daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 %-lik artım deməkdir. İlin sonuna kimi bu göstəricinin artan xətlə davam edəcəyi proqnozlaşdırılır.
"TRACECA" Hökumətlərarası Komissiyasının katibi Rüfət Bayramovun sözlərinə görə, ötən il limandan 5 milyon tona yaxın yük daşınıb, eyni zamanda onun infrastrukturu isə 15 milyon tona qədər daşımaya imkan verir.
Eyni zamanda, regionun nəqliyyat-logistika habı kimi Azərbaycanın inkişafında Bakı limanının yüksələn rolunu qəbul edərək, onun ötürmə qabiliyyətinin artırılması nəzərdə tutulur.
Beləliklə, limanın yükdaşıma qabiliyyətinin 25 milyon ton yükə və 500 min TEU konteynerə qədər genişləndirilməsinin ikinci mərhələsinin əsası qoyulub.
Bakı limanının rolunu artıran marşrutlar
İqtisadçı Eldəniz Əmirovun fikrincə, Asiya ilə Avropa arasında tranzit yüklərin daşınması üçün Azərbaycandan keçən marşrutlar həmişə daha üstün olub.
"Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra ölkəmiz logistika habına çevrilib. Bu gün ölkəmiz "Şimal-Cənub" və "Qərb-Şərq" dəhlizlərinin kəsişməsində yerləşdiyi üçün nəqliyyat-logistika habı rolunu oynayır", - deyə Əmirov Sputnik Azərbaycan-a bildirib.
© Photo : Courtesy of Eldaniz AmirovEldəniz Əmirov
Эльданиз Амиров - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Eldəniz Əmirov
Bundan əlavə, Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra qonşu İran Azərbaycan ərazisindən keçməklə Fars körfəzindən Gürcüstana və Avropaya marşrutun çəkilməsi təşəbbüsü ilə çıxış edib. Ekspert əmindir ki, bu, Zəngəzur dəhlizinin potensialının və perspektiv imkanlarının göstəricisidir:

"Bu gün Transxəzər marşrutu da tam fəaliyyətdədir. Bütün bu layihələr Bakı Beynəlxalq Dəniz Limanının mühüm logistika habı kimi rolunu gücləndirir".

İqtisadçının sözlərinə görə, Bakı limanı istifadəyə verildikdən sonra yük daşımaları üzrə statistik məlumatlar ildən-ilə artır. 2022-ci ilin yanvar-may aylarında liman üzrə yük daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 22% çox olub.
Üstəlik, təkcə konteyner daşımaları deyil, digər növ yüklərin daşınması da artıb. Belə ki, quru yük üzrə daşınma 24%, vaqon üzrə daşınma 19%, təkərli nəqliyyat vasitələrinin daşınması isə 16% artıb.
Yük daşıma potensialının genişləndirilməsi
Əmirov əmindir ki, Ələt azad iqtisadi zonasının yaradılması Bakı limanının tranzit-logistika potensialının genişləndirilməsi üçün ən yaxşı həll yoludur.
Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, Ələt azad iqtisadi zona tam gücü ilə işə başladıqdan sonra Bakı limanı daha geniş fəaliyyətə keçəcək.
"Bu gün Azərbaycanın mühüm regional logistika mərkəzinə çevrilməsi üçün bütün lazımi işlər görülür. Gələcəkdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 3 hava limanının tikintisi, Ələt azad iqtisadi zonasının fəaliyyətə başlaması, Zəngəzur dəhlizinin açılması və buna paralel olaraq Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək İran ərazisindən keçən yolun açılması nəzərdə tutulur", - deyə iqtisadçı iqtisadçı bildirib.
Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan, İran və Türkiyənin əməkdaşlığını nəzərdə tutan bölgədə 3+3 formatının yaradılması da Azərbaycanın logistika habına çevrilməsinə kömək edir.
Milli Məclisin deputatı Vüqar Bayramov Bakı Dəniz Limanının Azərbaycanın nəqliyyat habı kimi inkişafındakı rolundan danışaraq qeyd edib ki, 2022-ci ilin əvvəlindən ölkə ərazisindən, xüsusən də "Qərb-Şərq" istiqamətində yük daşımalarda kəskin artım müşahidə olunur. Bayramov qeyd edib ki, xüsusilə, qeyri-neft yüklərinin Azərbaycan ərazisindən daşınması kəskin artıb.
© Photo : TRENDMilli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov

"Son statistik məlumatlara görə, Azərbaycana gələn yüklərin 90%-i tranzit şəklində başqa ölkələrə göndərilir ki, bu da Bakı limanı vasitəsilə məhz tranzit daşımaların artması deməkdir", - deyə deputat bildirib.

Eyni zamanda, Bakı limanının imkanlarının genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur, xüsusən də nəzərə alsaq ki, Azərbaycan məhz limanın genişləndirilməsi hesabına regional nəqliyyat-logistika habı kimi öz rolunu artırmaq məqsədi daşıyır.
"Bunun üçün bir tərəfdən infrastrukturu inkişaf etdirmək lazımdır. Digər tərəfdən limanın imkanlarını artıracaq elektron xidmətlərdən istifadə etmək vacibdir", - deyən millət vəkili əlavə edib ki, Ələt azad iqtisadi zonasının yaradılması da limana diqqətin artmasına səbəb olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0