https://sputnik.az/20220621/azerbaycan-ve-ozbekistan-sirketleri-500-milyondan-cox-deyeri-olar-sazisler-imzalayib-443140911.html
Azərbaycan və Özbəkistan şirkətləri 500 milyondan çox dəyəri olar sazişlər imzalayıb
Azərbaycan və Özbəkistan şirkətləri 500 milyondan çox dəyəri olar sazişlər imzalayıb
Sputnik Azərbaycan
Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin məlumatına görə, birgə layihələrin həyata keçirilməsinə dair bir sıra sazişlər və ümumi dəyəri 500... 21.06.2022, Sputnik Azərbaycan
2022-06-21T12:16+0400
2022-06-21T12:16+0400
2022-06-21T12:16+0400
azərbaycan
azərbaycan xəbərləri
özbəkistan
imzalanma
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443139398_0:67:1280:787_1920x0_80_0_0_8125a52e2b0556c60e914ecab46511bf.jpg
BAKI, 21 iyun — Sputnik. Daşkənddə keçirilən biznes forumun yekunları üzrə Özbəkistan və Azərbaycan şirkətləri arasında 500 milyon dollardan çox dəyərində sazişlər və ticarət müqavilələri imzalanıb. Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin mətbuat xidməti bildirib.Mətbuat xidmətinin məlumatına görə, biznes forum Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 21-22-də Özbəkistana səfəri ərəfəsində keçirilib. Tədbirdə nazirlik və idarələrin, sənaye assosiasiyalarının rəhbərləri və iki ölkənin ən iri şirkətlərinin 100-dən çox nümayəndəsi iştirak edib."Forumun yekunu olaraq birgə layihələrin həyata keçirilməsinə dair bir sıra sazişlər və ümumi dəyəri 500 milyon dollardan çox olan ticarət müqavilələri, o cümlədən iki ölkənin müvafiq nazirlikləri və idarələri arasında praktiki əməkdaşlığa dair 10 saziş imzalanıb", - deyə məlumatda bildirilir.Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov forumda çıxış edərək iki ölkə hökumətlərinin çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsinə sadiqliyini qeyd ediblər.Tərəflər iki ölkə iqtisadiyyatının əhəmiyyətli istifadə olunmamış potensialını və neft-kimya, elektrik, tekstil, qida, əczaçılıq, zərgərlik və avtomobil sənayesində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması üçün ilkin şərtləri qeyd ediblər.Nazirliyin məlumatına görə, 2021-ci ildə Özbəkistan-Azərbaycan ticarətinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40%-dən çox, bu ilin yanvar-may aylarında isə 2 dəfə artıb. "Nəqliyyat və logistika sektorunda tərəfdaşlıq bundan az təsiredici nəticələr nümayiş etdirmir: bu ilin sonuna qədər Özbəkistan və Azərbaycan arasında yükdaşımaların həcmində artımın 40% artacağı gözlənilir", - mətbuat xidməti qeyd edib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443139398_72:0:1209:853_1920x0_80_0_0_ab75410054d2a0c4df3f8b699d96a717.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, özbəkistan, imzalanma
azərbaycan, özbəkistan, imzalanma
Azərbaycan və Özbəkistan şirkətləri 500 milyondan çox dəyəri olar sazişlər imzalayıb
Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin məlumatına görə, birgə layihələrin həyata keçirilməsinə dair bir sıra sazişlər və ümumi dəyəri 500 milyon dollardan çox olan ticarət müqavilələri imzalanıb.
BAKI, 21 iyun — Sputnik. Daşkənddə keçirilən biznes forumun yekunları üzrə Özbəkistan və Azərbaycan şirkətləri arasında 500 milyon dollardan çox dəyərində sazişlər və ticarət müqavilələri imzalanıb. Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin mətbuat xidməti bildirib.
Mətbuat xidmətinin məlumatına görə, biznes forum Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 21-22-də Özbəkistana səfəri ərəfəsində keçirilib. Tədbirdə nazirlik və idarələrin, sənaye assosiasiyalarının rəhbərləri və iki ölkənin ən iri şirkətlərinin 100-dən çox nümayəndəsi iştirak edib.
"Forumun yekunu olaraq birgə layihələrin həyata keçirilməsinə dair bir sıra sazişlər və ümumi dəyəri 500 milyon dollardan çox olan ticarət müqavilələri, o cümlədən iki ölkənin müvafiq nazirlikləri və idarələri arasında praktiki əməkdaşlığa dair 10 saziş imzalanıb", - deyə məlumatda bildirilir.
Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov forumda çıxış edərək iki ölkə hökumətlərinin çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsinə sadiqliyini qeyd ediblər.
Tərəflər iki ölkə iqtisadiyyatının əhəmiyyətli istifadə olunmamış potensialını və neft-kimya, elektrik, tekstil, qida, əczaçılıq, zərgərlik və avtomobil sənayesində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması üçün ilkin şərtləri qeyd ediblər.
Nazirliyin məlumatına görə, 2021-ci ildə Özbəkistan-Azərbaycan ticarətinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40%-dən çox, bu ilin yanvar-may aylarında isə 2 dəfə artıb. "Nəqliyyat və logistika sektorunda tərəfdaşlıq bundan az təsiredici nəticələr nümayiş etdirmir: bu ilin sonuna qədər Özbəkistan və Azərbaycan arasında yükdaşımaların həcmində artımın 40% artacağı gözlənilir", - mətbuat xidməti qeyd edib.