CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AMEA-nın keçmiş prezidenti vəfat edib

© Sputnik / Murad OrujovVida mərasimi
Vida mərasimi  - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Abunə olmaq
Azərbaycan alimi ötən gün axşam saatlarında 88 yaşında vəfat edib
BAKI, 21 iyun — Sputnik. Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olan Eldar Salayev vəfat edib.
Bu barədə APA-ya oğlu Kamal Salayev bildirib. O deyib ki, atası ötən gün axşam saatlarında 88 yaşında vəfat edib.
Qeyd edək ki, Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib. 1970–1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini olub. 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. 1980-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Prezidenti seçilib. Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır.
Eldar Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində görkəmli alim olub. Əsas işləri yarımkeçiricilərin tədqiqinə müxtəlif halların enerji spekterlərinin öyrənilməsinə aiddir.
Xəbər lenti
0