https://sputnik.az/20220621/allahsukur-pasazade-avstriyaya-sefer-edecek-443144935.html
Allahşükür Paşazadə Avstriyaya səfər edəcək
Allahşükür Paşazadə Avstriyaya səfər edəcək
Sputnik Azərbaycan
"Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi" mövzusunda beynəlxalq tədbir olacaq 21.06.2022, Sputnik Azərbaycan
2022-06-21T14:57+0400
2022-06-21T14:57+0400
2022-06-21T15:04+0400
allahşükür paşazadə
cəmiyyət
avstriya
səfər
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428027518_0:0:2000:1125_1920x0_80_0_0_49be49a407e4b9fa55e1f48793a4a9f3.jpg
BAKI, 21 iyun — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyunun 22-də Avstriya Federativ Respublikasına səfər edəcək.QMİ-nin mətbuat xidmətindən bildirilib ki, səfərin məqsədi Vyana şəhərində keçiriləcək "Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi" mövzusunda beynəlxalq konfransın təşkilində və "KAİCİİD" Beynəlxalq Dialoq Mərkəzinin toplantısında iştirak etməkdir.Allahşükür Paşazadə iyunun 23-də "KAİCİİD" Beynəlxalq Mərkəzinin Direktorlar Şurası və Məşvərət Şurasının birgə iclasında çıxış edəcək. Beynəlxalq Mərkəzin həmtəsisçisi olan ölkələr – Avstriya, İspaniya, Vatikan və Səudiyyə Ərəbistanının dövlət rəsmilərinin və diplomatlarının "KAİCİİD"in Vyana toplantısında iştirakı nəzərdə tutulur.Tədbir iyunun 24-də Azərbaycanın Avstriyadakı səfirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Azərbaycan Multikulturalizm Mərkəzinin və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Hofburq sarayında baş tutacaq."Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi" mövzusunda keçiriləcək beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, tanınmış ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur.Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində beynəlxalq əməkdaşlığın artırılması yolu ilə mədəniyyətlərin və ölkələrin yaxınlaşmasına nail olmaq üçün kollektiv səyləri qiymətləndirmək baxımından müsbət imkan kimi dəyərləndirilən konfransda hökumətlərin, beynəlxalq təşkilatların, siyasətçilərin, vətəndaş cəmiyyəti təşkilatlarının, elm və təhsil xadimlərinin, medianın, dini icmaların və gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.Konfransın ünvanına Avstriyanın Baş nazirinin və Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının ali nümayəndəsinin müraciətlərinin daxil olması nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428027518_227:0:2000:1330_1920x0_80_0_0_4f2cf47690cd2ddae1b72147149f001d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
allahşükür paşazadə, avstriya, səfər
allahşükür paşazadə, avstriya, səfər
Allahşükür Paşazadə Avstriyaya səfər edəcək
14:57 21.06.2022 (Yenilənib: 15:04 21.06.2022) "Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi" mövzusunda beynəlxalq tədbir olacaq
BAKI, 21 iyun — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyunun 22-də Avstriya Federativ Respublikasına səfər edəcək.
QMİ-nin mətbuat xidmətindən bildirilib ki, səfərin məqsədi Vyana şəhərində keçiriləcək "Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi" mövzusunda beynəlxalq konfransın təşkilində və "KAİCİİD" Beynəlxalq Dialoq Mərkəzinin toplantısında iştirak etməkdir.
Allahşükür Paşazadə iyunun 23-də "KAİCİİD" Beynəlxalq Mərkəzinin Direktorlar Şurası və Məşvərət Şurasının birgə iclasında çıxış edəcək. Beynəlxalq Mərkəzin həmtəsisçisi olan ölkələr – Avstriya, İspaniya, Vatikan və Səudiyyə Ərəbistanının dövlət rəsmilərinin və diplomatlarının "KAİCİİD"in Vyana toplantısında iştirakı nəzərdə tutulur.
Tədbir iyunun 24-də Azərbaycanın Avstriyadakı səfirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Azərbaycan Multikulturalizm Mərkəzinin və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Hofburq sarayında baş tutacaq.
"Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi" mövzusunda keçiriləcək beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, tanınmış ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur.
Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində beynəlxalq əməkdaşlığın artırılması yolu ilə mədəniyyətlərin və ölkələrin yaxınlaşmasına nail olmaq üçün kollektiv səyləri qiymətləndirmək baxımından müsbət imkan kimi dəyərləndirilən konfransda hökumətlərin, beynəlxalq təşkilatların, siyasətçilərin, vətəndaş cəmiyyəti təşkilatlarının, elm və təhsil xadimlərinin, medianın, dini icmaların və gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Konfransın ünvanına Avstriyanın Baş nazirinin və Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının ali nümayəndəsinin müraciətlərinin daxil olması nəzərdə tutulur.