https://sputnik.az/20220620/xususi-karantin-rejiminin-muddeti-uzadilib-bezi-qadagalar-goturulub-443129612.html
Xüsusi karantin rejiminin müddəti uzadılıb, bəzi qadağalar götürülüb
Xüsusi karantin rejiminin müddəti uzadılıb, bəzi qadağalar götürülüb
Sputnik Azərbaycan
Toylara icazə verilməsi tələbi ləğv edilir. 20.06.2022, Sputnik Azərbaycan
2022-06-20T20:45+0400
2022-06-20T20:45+0400
2022-06-20T21:47+0400
azərbaycan xəbərləri
nazirlər kabineti
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1e/427082961_0:0:3073:1728_1920x0_80_0_0_262cfeafb81d2f54ff4f4f30205e0662.jpg
BAKI, 20 iyun - Sputnik. Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi Məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib.Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək uzadılıb.Müəyyən edilib ki, 2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı aşağıdakı məhdudiyyətlər ləğv edilir:- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi;- şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1e/427082961_57:0:2788:2048_1920x0_80_0_0_988c7dd10b0db64fff099e74a5fe7fa4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nazirlər kabineti
Xüsusi karantin rejiminin müddəti uzadılıb, bəzi qadağalar götürülüb
20:45 20.06.2022 (Yenilənib: 21:47 20.06.2022) Toylara icazə verilməsi tələbi ləğv edilir.
BAKI, 20 iyun - Sputnik. Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi Məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək uzadılıb.
Müəyyən edilib ki, 2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı aşağıdakı məhdudiyyətlər ləğv edilir:
- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi;
- şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi.