https://sputnik.az/20220620/uc-sosial-islahat-paketi---4-milyon-vetendas--nazir-sosial-mudafie-tedbirleri-barede-443101273.html
Üç sosial islahat paketi - 4 milyon vətəndaş: Nazir sosial müdafiə tədbirləri barədə
Üç sosial islahat paketi - 4 milyon vətəndaş: Nazir sosial müdafiə tədbirləri barədə
Sputnik Azərbaycan
Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfrans keçirilib. 20.06.2022, Sputnik Azərbaycan
2022-06-20T11:27+0400
2022-06-20T11:27+0400
2022-06-20T11:27+0400
cəmiyyət
sosial müdafiə
nazir
konfrans
https://cdnn1.img.sputnik.az/img/41936/63/419366363_0:0:2000:1125_1920x0_80_0_0_5ed8bd777209382ad4146aa14294cc1e.jpg
BAKI, 20 iyun — Sputnik. "Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinə tam uyğundur". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfransda deyib.Nazir ölkədə son üç il ərzində 4 milyon nəfəri əhatə edən, əlavə illik maliyyə dəyəri 6 milyard manat (təqribən 3,5 milyard ABŞ dolları) olan 3 sosial islahat paketinin həyata keçirildiyini vurğulayıb.O, bu dövrdə sosial ödənişlərin 65 faiz, minimum pensiyanın 2,2 dəfə, orta pensiyanın 60 faiz, minimum əməkhaqqının 2,3 dəfə, illik əməkhaqqı fondunun iki dəfədən çox artdığını diqqətə çatdırıb:S.Babayev yeni istifadəyə verilən "Əmək və məşğulluq" altsisteminin əmək münasibətləri sahəsinə gətirdiyi innovativ yenilik və faydaları diqqətə çatdırıb. O, əmək hüquqlarının gücləndirilməsi və beynəlxalq norma və standartlara uyğun tənzimlənməsi üçün Əmək Məcəlləsinin 170 maddəsinə də dəyişikliklərin hazırlanaraq təqdim edildiyini bildirib.(Report)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41936/63/419366363_139:0:1912:1330_1920x0_80_0_0_d17f7071dc1087b8f9baf1ecaf49ca42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sosial müdafiə, nazir, konfrans
sosial müdafiə, nazir, konfrans
Üç sosial islahat paketi - 4 milyon vətəndaş: Nazir sosial müdafiə tədbirləri barədə
Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfrans keçirilib.
BAKI, 20 iyun — Sputnik. "Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinə tam uyğundur". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfransda deyib.
Nazir ölkədə son üç il ərzində 4 milyon nəfəri əhatə edən, əlavə illik maliyyə dəyəri 6 milyard manat (təqribən 3,5 milyard ABŞ dolları) olan 3 sosial islahat paketinin həyata keçirildiyini vurğulayıb.
O, bu dövrdə sosial ödənişlərin 65 faiz, minimum pensiyanın 2,2 dəfə, orta pensiyanın 60 faiz, minimum əməkhaqqının 2,3 dəfə, illik əməkhaqqı fondunun iki dəfədən çox artdığını diqqətə çatdırıb:
"Yüz yetmiş üç sosial xidmətdən 110-nu e-platformadan, 48-i proaktiv qaydada təqdim edilib, 388 min nəfərə e-qaydada sosial ödəniş təyin edilib".
S.Babayev yeni istifadəyə verilən "Əmək və məşğulluq" altsisteminin əmək münasibətləri sahəsinə gətirdiyi innovativ yenilik və faydaları diqqətə çatdırıb. O, əmək hüquqlarının gücləndirilməsi və beynəlxalq norma və standartlara uyğun tənzimlənməsi üçün Əmək Məcəlləsinin 170 maddəsinə də dəyişikliklərin hazırlanaraq təqdim edildiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.