CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər
ANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Abunə olmaq
ANAMA məlumat verib ki, aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 79, tank əleyhinə 13 mina və 58 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
BAKI, 20 iyun — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, iyunun 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 79, tank əleyhinə 13 mina və 58 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 557 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xatırladaq ki, iyunun 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 11 mina və 685 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Xəbər lenti
0