CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotik vasitəni qəbiristanlıqda gizlədən şəxs saxlanılıb

© Sputnik / Murad OrujovQəbiristanlıq
Qəbiristanlıq - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Abunə olmaq
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ötən gün keçirilən növbəti əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov tutulub.
BAKI, 20 iyun — Sputnik. Bakının Xətai rayonunda 16 kiloqram narkotik vasitəni qəbiristanlıqda gizlədən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov tutulub.
Onun üzərindən və satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisində yerləşən qəbiristanlıqlardan birində torpağın altında gizlətdiyi yerdən ümumi çəkisi 16 kiloqram olan marixuana aşkar olunub.
Qeyd edilən faktla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Mövsüm Aslanov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Xəbər lenti
0