Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Milli Məclisdə büdcəyə yenidən baxılır

Büdcə - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Abunə olmaq
Azərbaycanın builki dövlət büdcəsinin gəlir və xərcləri 8 faizdən çox artırılır.
BAKI, 20 iyun — Sputnik. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilir.
İclasda deputatlar, hökumət üzvləri iştirak edirlər.
İclasda "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Həmçinin, "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, tarixdə ilk dəfə Azərbaycanın neft və qaz ixracından əldə etdiyi valyuta gəlirləri bərabərləşməkdədir. Bu ilin 5 ayında neft ixracından 3,8 milyard dollar, qaz ixracından 3,5 milyard dollar gəlir əldə olunub.
© Sputnik / Murad OrujovMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili  - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Maliyyə naziri Samir Şərifov bildirib ki, yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin 2 milyard 382 milyon manat və kəsirin 43 milyon manat artımı nəzərdə tutulur.
Nazir deyib ki, eyni zamanda təsdiq olunmuş xərclər arasında aparılacaq dəyişiklik (561 milyon manat) hesabına formalaşacaq 2 milyard 986 milyon manat vəsaitin əsasən aşağıdakı prioritet vəzifələrin maliyyə təminatına yönəldilməsi nəzərdə tutulur:
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi – 1 milyard 447 milyon manat;
Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması və digər yaşayış məntəqələri üzrə tədbirlərin maliyyələşdirilməsi – 34 milyon manat;
Müdafiə qabiliyyəti və hərbi qüdrətin daha da artırılması, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üzrə – 588 milyon manat;
Sosial müdafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardımların, əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üzrə – 519 milyon manat;
Ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi üzrə – 193 milyon manat;
Sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi – 163 milyon manat;
Bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üzrə 42 milyon manat.
© Sputnik / Murad OrujovMaliyyə naziri Samir Şərifov
Министр финансов Самир Шарифов - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Maliyyə naziri Samir Şərifov
Nazir qeyd edib ki, Azərbaycan Prezidentinin tapşırıqları əsas götürülməklə, 2022-ci ilin ötən 5 ayının makroiqtisadi göstəriciləri və dövlət büdcəsinin icrası üzrə əldə edilmiş müsbət dinamika, digər tərəfdən, ehtimal olunan risklər nəzərə alınmaqla, ölkənin makroiqtisadi proqnozlarına yenidən baxılıb.
Samir Şərifov bildirib ki, cari ilin sonuna ümumi daxili məhsulun (ÜDM) nominal ifadədə 115,4 milyard manata, real artım sürətinin 5,5 faizə qədər artacağı, həmin dövr ərzində orta illik inflyasiya isə 12,5 faiz səviyyəsində proqnozlaşdırılır.
Büdcəyə yenidən baxılacaq - Gəlir və xərclər artırılır
Qeyd edək ki, Azərbaycanın 2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır.
Bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Beləliklə, 2022-ci il üzrə yenidən baxılmış dövlət büdcəsinin gəlirləri 29 milyard 197 milyon 800 min manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə (26 816 milyon manat) nisbətən 2 milyard 381,8 milyon manat və ya 8,9 faiz çoxdur.
2022-ci ilə yenidən baxılmış dövlət büdcəsinin gəlirlərinin 53,2 faizi və ya 15537,5 milyon manatı neft sektorunun, 46,8 faizi və ya 13660,3 milyon manatı qeyri-neft sektorunun payına düşür.
2022-ci ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 847,5 milyon manat və ya 5,8 faiz, qeyri-neft sektoru üzrə isə 1534,3 milyon manat və ya 12,6 faiz artırılır.
Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 1,6 faiz-bənd artaraq 46,8 faiz təşkil edəcək.
Yenidən baxılma ilə 2022-ci il dövlət büdcəsi xərclərinin 32 milyard 303 milyon 800 min manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq olunmuş göstəriciyə (29 879 milyon manat) nisbətən 2 milyard 424,8 milyon manat və ya 8,1 faiz çoxdur.
2022-ci il yenidən baxılmış dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 62,7 faizi həcmində və ya 20246,5 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 195,6 milyon manat və ya 1,0 faiz, 2021-ci ilin icra göstəricisinə nisbətən 3658,1 milyon manat və ya 22,1 faiz çox), əsaslı xərclərə ümumi xərclərin 31,8 faizi həcmində və ya 10265,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 2229,2 milyon manat və ya 27,7 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 5,5 faizi həcmində və ya 1792,0 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək.
Yenidən baxılacaq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 4,9 faiz- bənd artacaq, cari xərclərin xüsusi çəkisi 4,4 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,5 faiz-bənd azalacaq.
Büdcə qaydası üzrə müəyyən edilmiş hədlər və inflyasiya amili nəzərə alınmaqla yaranmış zəruri ehtiyacların qarşılanmasına, o cümlədən dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılmasına (588,4 milyon manat), işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpasının sürətləndirilməsinə və ölkənin digər ərazilərində bir sıra infrastruktur layihələrinin və əsaslı xərclərin (1291,1 milyon manat), həmçinin ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar əlavə xərclərin (193,0 milyon manat) maliyyələşdirilməsinə 2072,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amillər məlum olub
2022-ci ilin dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amillər və makroiqtisadi proqnoz göstəriciləri məlum olub.
Layihəyə əsasən, 2022-ci ilin dövlət büdcəsində neft gəlirlərinin təsdiq olunmuş göstəricidən 2040,0 milyon manat, qeyri-neft gəlirlərinin isə 1534,3 milyon manat artıq olacağı və ümumilikdə dövlət büdcəsinə 3574,3 milyon manat əlavə vəsaitin daxil olacağı proqnozlaşdırılır.
2022-ci il ərzində dövlətin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi, bir sıra zəruri tədbirlər dövlət büdcəsi qarşısında 2985,7 milyon manat həcmində maliyyə tələbatını formalaşdırır.
Həmin tələbatın dövlət büdcəsinin əlavə gəlirləri və mövcud ehtiyatları hesabına maliyyələşdirilməsi "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması zərurətini yaradır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0