CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib

© Sputnik / Zulfiyya GuluyevaPirşağı çimmərliyində vəziyyət, 28 iyun 2021-ci il.
Pirşağı çimmərliyində vəziyyət, 28 iyun 2021-ci il. - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Abunə olmaq
Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, nəzərdə tutulmayan ərazilərdə çimmək qadağandır.
BAKI, 20 iyun — Sputnik. Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.
FHN çimərliklərlə bağlı qadağalarını açıqlayıb:
nəzərdə tutulmamış ərazilərdə çimmək;
çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
küləkli havada dənizə girmək;
çimərlikdə gecələmək,
sərxoş halda çimərlikdə olmaq;
suda kobud hərəkətlər etmək;
çimərlikdə balıq tutmaq;
xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0