https://sputnik.az/20220620/dyp-qanunsuz-yukdasima-ile-mesgul-olan-sexsler-5-min-manatadek-cerimelenecek-443123700.html
DYP: "Qanunsuz yükdaşıma ilə məşğul olan şəxslər 5 min manatadək cərimələnəcək"
DYP: "Qanunsuz yükdaşıma ilə məşğul olan şəxslər 5 min manatadək cərimələnəcək"
Sputnik Azərbaycan
Qanunsuz yük daşıması ilə məşğul olan sürücülərin işi çətin olacaq. 20.06.2022, Sputnik Azərbaycan
2022-06-20T17:42+0400
2022-06-20T17:42+0400
2022-06-20T17:42+0400
dyp
cəmiyyət
cərimə
https://cdnn1.img.sputnik.az/img/42390/85/423908594_0:320:3072:2048_1920x0_80_0_0_ca672cb325eccdfb85215cb6c6343e2f.jpg
BAKI, 20 iyun — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.BDYPİ-dən daxil olan xəbərdarlıqda deyilir:"Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir. Qeyd olunanlar, habelə yay mövsümündə ağırçəkili avtomobillərin hərəkəti nəticəsində asfalt örtüklü yolların deformasiyaya uğrama ehtimalının artması nəzərə alınaraq, belə halların qarşısının alınması məqsədilə DİN-in Baş DYP İdarəsi yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş, aşağıda göstərilən kütlə hədlərindən artıq olmamalı və mümkün qədər günün nisbətən sərin vaxtlarında daşınmalıdır.Yük avtomobilləriikioxlu avtomobil üçün - 18 tüçoxlu avtomobil üçün - 25 taparıcı oxa malik üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün - 26 tdördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil - 32 tKombinə edilmiş nəqliyyat vasitəsinin bir hissəsini təşkil edən nəqliyyat vasitələriikioxlu qoşqu üçün - 18 tüçoxlu qoşqu üçün - 24 tKombinə edilmiş nəqliyyat vasitələriYəhərli avtoqatarlar üçün:ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,3 və ya daha çox, lakin 1,8 m-dən çox olmayan - 36 tikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,8-dən çox olduqda - 38 tikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə - 40 tüçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə - 40 tüçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə - 40 tüçoxlu dartıcı ikioxlu və ya üçoxlu yarımqoşqu ilə uzunluğu 12,192 m, eni 2,438 m, hündürlüyü 2,438 m və ya 2,591 m, yaxud 2,896 m olan konteynerin (40 futluq konteyner) daşınması zamanı - 44 tQoşqulu avtoqatarlar üçün:ikioxlu yük avtomobili ikioxlu qoşqu ilə - 36 tikioxlu yük avtomobili üçoxlu qoşqu ilə - 42 tüçoxlu yük avtomobili ikioxlu qoşqu ilə - 42 tüçoxlu yük avtomobili üçoxlu qoşqu ilə - 44 tüçoxlu yük avtomobili dördoxlu qoşqu ilə - 44 tAvtobuslarikioxlu üçün - 18 tüçoxlu üçün - 24 tüçoxlu şarnirlə birləşdirilmiş üçün - 28 tdördoxlu şarnirlə birləşdirilmiş üçün - 28 tHəmçinin sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхslər altı yüz mаnаt məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42390/85/423908594_341:0:3072:2048_1920x0_80_0_0_d499c9c590b25cba0558b6e4e8e8a199.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dyp, cərimə
DYP: "Qanunsuz yükdaşıma ilə məşğul olan şəxslər 5 min manatadək cərimələnəcək"
Qanunsuz yük daşıması ilə məşğul olan sürücülərin işi çətin olacaq.
BAKI, 20 iyun — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.
BDYPİ-dən daxil olan xəbərdarlıqda deyilir:
"Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir. Qeyd olunanlar, habelə yay mövsümündə ağırçəkili avtomobillərin hərəkəti nəticəsində asfalt örtüklü yolların deformasiyaya uğrama ehtimalının artması nəzərə alınaraq, belə halların qarşısının alınması məqsədilə DİN-in Baş DYP İdarəsi yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş, aşağıda göstərilən kütlə hədlərindən artıq olmamalı və mümkün qədər günün nisbətən sərin vaxtlarında daşınmalıdır.
ikioxlu avtomobil üçün - 18 t
üçoxlu avtomobil üçün - 25 t
aparıcı oxa malik üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün - 26 t
dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil - 32 t
Kombinə edilmiş nəqliyyat vasitəsinin bir hissəsini təşkil edən nəqliyyat vasitələri
ikioxlu qoşqu üçün - 18 t
Kombinə edilmiş nəqliyyat vasitələri
Yəhərli avtoqatarlar üçün:
ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,3 və ya daha çox, lakin 1,8 m-dən çox olmayan - 36 t
ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,8-dən çox olduqda - 38 t
ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə - 40 t
üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə - 40 t
üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə - 40 t
üçoxlu dartıcı ikioxlu və ya üçoxlu yarımqoşqu ilə uzunluğu 12,192 m, eni 2,438 m, hündürlüyü 2,438 m və ya 2,591 m, yaxud 2,896 m olan konteynerin (40 futluq konteyner) daşınması zamanı - 44 t
Qoşqulu avtoqatarlar üçün:
ikioxlu yük avtomobili ikioxlu qoşqu ilə - 36 t
ikioxlu yük avtomobili üçoxlu qoşqu ilə - 42 t
üçoxlu yük avtomobili ikioxlu qoşqu ilə - 42 t
üçoxlu yük avtomobili üçoxlu qoşqu ilə - 44 t
üçoxlu yük avtomobili dördoxlu qoşqu ilə - 44 t
üçoxlu şarnirlə birləşdirilmiş üçün - 28 t
dördoxlu şarnirlə birləşdirilmiş üçün - 28 t
Həmçinin sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхslər altı yüz mаnаt məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər".