https://sputnik.az/20220620/dovlet-qulluguna-qebul-imtahanlarinin-neticeleri-elan-olunub-443126224.html
Dövlət qulluğuna qəbul imtahanlarının nəticələri elan olunub
Dövlət qulluğuna qəbul imtahanlarının nəticələri elan olunub
Sputnik Azərbaycan
Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar vasitəsilə də öyrənə bilərlər. 20.06.2022, Sputnik Azərbaycan
2022-06-20T18:17+0400
2022-06-20T18:17+0400
2022-06-28T11:16+0400
təhsil
dim
dövlət imtahan mərkəzi
imtahan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078674_0:0:3071:1728_1920x0_80_0_0_7304bbf65ac445748cb78605e06255dd.jpg
BAKI, 20 iyun - Sputnik. Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə iyunun 19-da keçirilən imtahanlarının nəticələri elan olunub.Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.Bildirilib ki, iyunun 19-da DİM kağız daşıyıcılar vasitəsilə dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, həmçinin inzibati icraçı vəzifələrə aid olan BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.Namizədlər aşağıdakı keçidlər vasitəsilə imtahan nəticələri ilə tanış ola bilərlər:- dövlət qulluğuna qəbul;- dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi.Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.Dövlət qulluğuna qəbul imtahanında 2105 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 6 nəfər, BA2 altqrupu üzrə 22 nəfər, BA3 altqrupu üzrə 45 nəfər, BA4 altqrupu üzrə 78 nəfər, BB1 altqrupu üzrə 115 nəfər, BB2 altqrupu üzrə 138 nəfər, BB3 altqrupu üzrə 171 nəfər, BB4 altqrupu üzrə 230 nəfər olmaqla, ümumilikdə 805 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında isə 155 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 26 nəfər, BB2 altqrupu üzrə 42 nəfər, BB3 altqrupu üzrə 45 nəfər, BB4 altqrupu üzrə 29 nəfər olmaqla, ümumilikdə 142 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.Hər iki növ imtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 21-23 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078674_169:0:2900:2048_1920x0_80_0_0_db50f5bdc65d50919a2723de53ef9bf3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dim, dövlət imtahan mərkəzi, imtahan
dim, dövlət imtahan mərkəzi, imtahan
Dövlət qulluğuna qəbul imtahanlarının nəticələri elan olunub
18:17 20.06.2022 (Yenilənib: 11:16 28.06.2022) Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar vasitəsilə də öyrənə bilərlər.
BAKI, 20 iyun - Sputnik. Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə iyunun 19-da keçirilən imtahanlarının nəticələri elan olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, iyunun 19-da DİM kağız daşıyıcılar vasitəsilə dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, həmçinin inzibati icraçı vəzifələrə aid olan BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.
Namizədlər aşağıdakı keçidlər vasitəsilə imtahan nəticələri ilə tanış ola bilərlər:
- dövlət qulluğuna qəbul;
- dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi.
Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Dövlət qulluğuna qəbul imtahanında 2105 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 6 nəfər, BA2 altqrupu üzrə 22 nəfər, BA3 altqrupu üzrə 45 nəfər, BA4 altqrupu üzrə 78 nəfər, BB1 altqrupu üzrə 115 nəfər, BB2 altqrupu üzrə 138 nəfər, BB3 altqrupu üzrə 171 nəfər, BB4 altqrupu üzrə 230 nəfər olmaqla, ümumilikdə 805 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında isə 155 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 26 nəfər, BB2 altqrupu üzrə 42 nəfər, BB3 altqrupu üzrə 45 nəfər, BB4 altqrupu üzrə 29 nəfər olmaqla, ümumilikdə 142 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Hər iki növ imtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 21-23 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir.