DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin ən azı 10 təyyarə ilə Tayvanın hava sərhədini pozdu

a
a - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Abunə olmaq
Tayvan silahlı qüvvələri döyüş təyyarələrini havaya qaldıraraq buna cavab verib və həmçinin Çin Xalq Azadlıq Ordusunun hərbi aviasiyasına xəbərdarlıq göndərib.
BAKI, 20 iyun — Sputnik. Çin Xalq Azadlıq Ordusunun ən azı 10 təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub. TASS xəbər verir ki, bu barədə "Sina" informasiya portalı məlumat yayıb.
Onun sözlərinə görə, əməliyyatda 1 ədəd KJ-500 ilkin xəbərdarlıq və idarəetmə təyyarəsi, 1 ədəd H-6 strateji bombardmançı, 2 ədəd J-11 qırıcısı, 4 ədəd J-16 və daha bir cüt J-10 təyyarəsi iştirak edib.
H-6 bombardmançı təyyarəsi Tayvanın cənub-qərbindəki hava hücumundan müdafiə zonasına daxil olub, onun cənub tərəfindən şərq sahilinə qədər dövrə vurub, sonra istiqamətini dəyişdirərək eyni marşrutla geri qayıdıb. Təyyarələrin qalan hissəsi də adanın cənub-qərb tərəfindən zonaya daxil olub, bir neçə yüz kilometr irəliləyib, sonra kursu dəyişdirərək oranı tərk edib.
© AR Ministry of DefenceDöyüş təyyarəsi, arxiv şəkli
Самолет F-16 Военно-воздушных сил Турции - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Döyüş təyyarəsi, arxiv şəkli
Tayvan silahlı qüvvələri döyüş təyyarələrini havaya qaldıraraq buna cavab verib və həmçinin Çin Xalq Azadlıq Ordusunun hərbi aviasiyasına xəbərdarlıq göndərib. Nazirlik bildirib ki, Tayvanın hava hücumundan müdafiə qüvvələri hədəfləri izləyib.
Tayvan Hava Hücumundan müdafiə zonası birtərəfli qaydada ada elan edilib. O, adanın ətrafındakı su ərazisini, Tayvan boğazını, həmçinin Çinin üç əyaləti - Futzyan, Tszyansi və Çjetsyan üzərindəki hava məkanının bir hissəsini əhatə edir.
ÇXAO təyyarələri son aylarda müntəzəm olaraq Tayvanın hava hücumundan müdafiə zonasını keçərək bölgədə təlimlər keçirib. Mayın 30-da ona 30 ÇXAO hərbi təyyarəsi daxil olub, bu ilin ən böyük belə əməliyyatı 23 yanvar 2022-ci ildə, 39 təyyarənin hava hücumundan müdafiə zonasına daxil olduğu zaman baş verib.
Tayvan Sakit okeandan və Çinin şərq sahilindən 150 km uzaqlıqda yerləşən bir adadır. Beynəlxalq siyasi və iqtisadi baxımdan Çin Respublikasına aiddir.
Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olmuş və bir neçə prefekturaya (Tayxoku, Sintiku, Taytyu, Taynan, Tarenko, Tayto, Xoko) bölünüb. İkinci Dünya müharibəsində (1939-1945) Yaponiyanın məğlubiyyətindən sonra ada Çin Respublikasının tərkibinə daxil edilib.
Qeyd edək ki, bundan öncə Çin-Tayvan münasibətlərinin pik həddə kəskinləşdiyi tarix 1996-ci ildə Tayvanda baş verən prezident seçkiləri zamanı olmuşdu. III Tayvan boğazı böhranı kimi tarixə düşmüş insident, ABŞ hərbi donanmasına aid gəmilərin Tayvan boğazına yaxınlaşmasıyla sonlanmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0