Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Buyurun, Taksi: MDB-də qiymətlər

Abunə olmaq
MDB ölkələrində ən ucuz taksi xidmətləri Belarusdadır. Bu ölkədə xidmətin orta qiyməti bir kilometr üçün Azərbaycan valyutası ilə 0,25 manat təşkil edir.
BAKI, 20 iyun — Sputnik. Azərbaycan taksi xidmətləri tariflərinin bahalığına görə MDB ölkələri arasında ikinci yerdədir. Ölkə üzrə taksidə orta gediş haqqı bir kilometr üçün 1 manat təşkil edir.
Qlobal istehlak qiymətləri bazası olan Numbeo-nun məlumatına görə, MDB ölkələrində ən bahalı taksi xidməti Türkmənistandadır. Burada gediş haqqı bir kilometr üçün 1,46 manat (Azərbaycan valyutası ilə) təşkil edir.
Ən ucuz taksi xidməti Belarusdadır - gediş haqqı bir kilometr üçün 0,25 manat. Bu xidmət bir kilometr üçün Qırğızıstanda 0,32 manatÖzbəkistanda isə bir qədər baha, yəni 0,34 manatdır.
Bir kilometr üçün gediş haqqına görə Moldova 0,36 manat Ermənistan 0,39 manatla reytinqdə sonrakı yerləri tuturlar.
Tacikistanda taksidən istifadənin qiyməti bir kilometr üçün orta hesabla 0,44 manat, Rusiyada - 0,57 manat, Qazaxıstanda - 0,59 manat təşkil edir.
Qeyd edək ki, taksi xidmətlərinin qiymətinin bahalığına görə dünyada birinci yeri İsveçrə tutur. Bu ölkədə sərnişin gediş haqqına görə bir kilometr üçün 6,6 manat ödəməlidir. Seyşel adalarında isə bir kilometr üçün orta gediş haqqı 5,86 manat, Yaponiyada isə 5,21 manat təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0