DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bu gün Ümumdünya Qaçqınlar Günüdür

© AP Photo / BelTA / Maxim GuchekQaçqın
Qaçqın - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Abunə olmaq
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Ümumdünya Qaçqınlar Günü ilə bağlı yaydığı bəyanatda Azərbaycanla bağlı vəziyyətdən danışıb.
BAKI, 20 iyun — Sputnik. İyunun 20-si Ümumdünya Qaçqınlar Günüdür. 4 dekabr 2000-ci ildə BMT Baş Assambleyası iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin məlumatına görə, silahlı qarşıdurmalar, zorakılıq və təqiblər nəticəsində evlərini tərk edən qaçqın və məcburi köçkünlərin sayı 100 milyonu ötüb.
Beynəlxalq Qaçqınlar Günü Azərbaycanda da hər il geniş qeyd edilir. Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, tarixi torpaqlarına təcavüz edilib, nəticədə minlərlə soydaşımız qaçqına çevrilib.
Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib, 700 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 67 rayonunda 1600 məntəqədə müvəqqəti məskunlaşıb.
Bundan başqa, ölkəmizdəki qaçqınların təxminən 50 mini Fərqanə hadisələri vaxtı Orta Asiyadan gələn Axısqa türkləri, 11 minə yaxını isə sığınacaq axtaranlardır.
© AP Photo / Markus SchreiberUkraynalı qaçqınlar, arxiv şəkli
Украинские беженцы - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Ukraynalı qaçqınlar, arxiv şəkli
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Ümumdünya Qaçqınlar Günü ilə bağlı yaydığı bəyanatda bildirib ki, Amerika Birləşmiş Ştatlar məcburi köçkünlər və qaçqınlar da daxil olmaqla bütün köçkünlərin bütün dünyada könüllü olaraq keçmiş yaşayış yerlərinə qayıtmaq hüquqlarını dəstəkləyir:
"Birləşmiş Ştatlar 1992-ci ildən bəri Azərbaycanda məcburi köçkünlərə 125 milyon dollardan çox yardım edib və bu icmaya dəstək vermək öhdəliyinə sadiq qalır. Uşaqlar üçün olan bu ünvanlı yardıma məktəblərin tikilməsi və yenidən qurulması, gənclərin inkişafı proqramları və məcburi köçkün icmalarına ingilis dili proqramları daxildir. Bundan əlavə, Birləşmiş Ştatlar Azərbaycanın insan təhlükəsizliyini gücləndirmək və məcburi köçkün icmalarına öz evlərinə qayıtmaq və həyatlarını təhlükəsiz şəkildə bərpa etmək səylərinə kömək etmək üçün Azərbaycana humanitar minatəmizləmə yardımı göstərir.
Keçən payızda Gəncədə olarkən mən səfirliyin dəstəyi ilə Amerika guşəsində ingilis dilini öyrənən gənc məcburi köçkün tələbələrin ilhamverici qrupu ilə görüşdüm. Bu gün, Ümumdünya Qaçqınlar Günündə mən onları və onların gələcəyini düşünürəm. Ümid edirəm ki, biz hamımız qaçqınların, məcburi köçkünlərin və münaqişə və fəlakətdən zərər çəkmiş icmaların müdafiəsi və yardımı üçün müdafiəni davam etdirə bilərik".
Qeyd edək ki, Azərbaycan əhalisinin 1,2 milyonu və ya 12,4%-i qaçqın və məcburi köçkünlərdir. Dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır.
Qeyd edək ki, beynəlxalq hüquqa görə, qaçqın statusunu itirən hallardan biri digər ölkənin vətəndaşlığını qəbul etməkdir. Hazırkı şəraitdə bu şəxslər beynəlxalq aləmdə qaçqın kimi tanınmırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0