Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycana meymunçiçəyini təsbit edə biləcək testlər göndəriləcək

© AFP 2024 / MARIO TAMAtest
test - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Abunə olmaq
ÜST-ün Azərbaycandakı nümayəndəsi bildirib ki, Azərbaycan hökuməti testlərin gətirilməsi üçün müraciət edib.
BAKI, 20 iyun — Sputnik. "Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana meymunçiçəyi virusunu təsbit edə biləcək testlər göndərəcək".
Bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O xatırladıb ki, bundan əvvəl də dünyada bu xəstəlik olub: "Afrikada onsuz da olub və Avropada da yeni yayılmağa başlayıb. Koronavirus qədər narahatedici səviyyədə deyil. Fərqli formada yoluxuculuq qabiliyyəti olduğundan insandan insana çətin keçir. Ona görə də çox da narahat olmuruq. Lakin təbii ki, bunu da izləmək lazımdır".
ÜST rəsmisi bildirib ki, Azərbaycan hökuməti testlərin gətirilməsi üçün müraciət edib: "Çox qısa zaman ərzində Azərbaycana testlər gətiriləcək. Virusu aşkarlamaq üçün bir neçə test növü var. Hazırda hansı növ testin Azərbaycana gətirilməsi müzakirə olunur. Bu müzakirələri Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə aparırıq. Təxminən minlərlə belə testin gətirilməsi nəzərdə tutulub. Onu da qeyd edim ki, hazırda Azərbaycanda həmin virusla bağlı təhlükə yoxdur". (Report)
Meymunçiçəyi nadir virus infeksiyasıdır və insanlar arasında da ötürülə bilər. Adətən bu xəstəlik yüngül keçir, xəstələrin əksəriyyəti bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar baş verir.
İlkin simptomlara qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, şişkin limfa düyünləri, titrəmə və taqətsizlik aiddir. Çox vaxt üzdə başlayan və sonra bədənin digər hissələrinə yayılan bir səpgi baş verə bilər.
Xəbər lenti
0