https://sputnik.az/20220620/azerbaycan-prezidenti-ozbekistana-gedir-443120054.html
Azərbaycan Prezidenti Özbəkistana gedir
Azərbaycan Prezidenti Özbəkistana gedir
Sputnik Azərbaycan
Özbəkistan Prezidentinin mətbuat xidmətindən bildirilib ki, dövlət başçıları beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. 20.06.2022, Sputnik Azərbaycan
2022-06-20T17:00+0400
2022-06-20T17:00+0400
2022-06-20T17:00+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
özbəkistan
səfər
https://cdnn1.img.sputnik.az/img/07e6/06/11/443032400_0:161:2100:1342_1920x0_80_0_0_0751a136c6785e6016259de14392647d.jpg
BAKI, 20 iyun — Sputnik. Özbəkistan hökuməti Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 21-22-də səfərini gözləyir. Bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb."Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə bu il iyunun 21-22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə dövlət səfərində olacaq", - məlumatda deyilir.Mətbuat xidmətindən bildirilib ki, sammitin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.İki ölkə liderlərinin qarşılıqlı ticarətin həcminin artırılmasına, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat-tranzit sektorunda imkanlardan səmərəli istifadəyə, fəal mədəni-humanitar mübadilənin davam etdirilməsinə xüsusi diqqət yetirəcəyi planlaşdırılır."Bundan başqa, dövlət başçıları beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun inkişaf etdirilməsi və qarşılıqlı dəstəyi müzakirə edəcəklər. Yüksək səviyyəli danışıqların nəticəsi olaraq ikitərəfli sənədlərin imzalanacağı gözlənilir", - Mirziyoyevin mətbuat xidmətindən bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/11/443032400_49:0:2052:1502_1920x0_80_0_0_b4a9238adf031e69905e9f908a00bbdc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
prezident ilham əliyev, özbəkistan, səfər
prezident ilham əliyev, özbəkistan, səfər
Azərbaycan Prezidenti Özbəkistana gedir
Özbəkistan Prezidentinin mətbuat xidmətindən bildirilib ki, dövlət başçıları beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.
BAKI, 20 iyun — Sputnik. Özbəkistan hökuməti Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 21-22-də səfərini gözləyir. Bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.
"Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə bu il iyunun 21-22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə dövlət səfərində olacaq", - məlumatda deyilir.
Mətbuat xidmətindən bildirilib ki, sammitin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.
İki ölkə liderlərinin qarşılıqlı ticarətin həcminin artırılmasına, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat-tranzit sektorunda imkanlardan səmərəli istifadəyə, fəal mədəni-humanitar mübadilənin davam etdirilməsinə xüsusi diqqət yetirəcəyi planlaşdırılır.
"Bundan başqa, dövlət başçıları beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun inkişaf etdirilməsi və qarşılıqlı dəstəyi müzakirə edəcəklər. Yüksək səviyyəli danışıqların nəticəsi olaraq ikitərəfli sənədlərin imzalanacağı gözlənilir", - Mirziyoyevin mətbuat xidmətindən bildirilib.