Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİ ölkələrinə ixracın həcmi 3 dəfəyə qədər artıb

© AP Photo / Noah BergerYük konteynerləri, arxiv şəkli
Yük konteynerləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Abunə olmaq
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 797,4 milyon dollara yaxın olub.
BAKI, 20 iyun — Sputnik. Yanvar-may aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 9 milyard 613,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 milyard 943,6 milyon dollar çoxdur.
Beş ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 797,4 milyon dollara yaxın olub.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ixracı 11,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 268,6 mln. ABŞ dolları və ya 38,5% artıb.
Meyvə-tərəvəzlərin ixracı artıb
4 ayda meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,6% artaraq 162,6 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3%, pambıq iplik ixracı 19,8%, pambıq lifi ixracı isə 6,8% artıb.
Pambıq mahlıcı birinci olub
Dörd ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (102,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (68,2 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (58,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Ən çox Türkiyəyə mal göndərilib
Cari ilin dörd ayında Türkiyəyə 333,7 milyon ABŞ dolları, Rusiyaya 191,7 milyon ABŞ dolları, Gürcüstana 61 milyon ABŞ dolları, İsveçrəyə 51 milyon ABŞ dolları və ABŞ-a isə 39,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2022-ci ilin aprel ayı üzrə ixrac 3,8 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 22% təşkil etməklə 238,3 mln. ABŞ dolları olub.
Aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2% artaraq 51,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 27,2% artaraq 186,9 milyon ABŞ dolları təşkil edib.
Apreldə qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (78,5 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya ikinci (42,3 milyon ABŞ dolları) və İsveçrə üçüncü (17,7 milyon ABŞ dolları) olub.
Apreldə pomidor ixracda 2-ci olub
2022-ci ilin aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (30,3 milyon ABŞ dolları) birinci, tomat (pomidor) (19,4 milyon ABŞ dolları) ikinci və qızıl (16,9 milyon ABŞ dolları) üçüncü olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0