https://sputnik.az/20220619/sufrelerin-bezeyi---gilas-murebbesi-quba-sakininden-ustad-dersi-443033827.html
Süfrələrin bəzəyi - gilas mürəbbəsi: Quba sakinindən ustad dərsi
Süfrələrin bəzəyi - gilas mürəbbəsi: Quba sakinindən ustad dərsi
Sputnik Azərbaycan
Yay mövsümündə ən çox bişirilən mürəbbələrdən biri də gilas mürəbbəsidir. Gilasın iki növü - ağ və qara gilas mürəbbəsi ən çox sevilən təamlardan sayılır. Bir... 19.06.2022, Sputnik Azərbaycan
2022-06-19T08:37+0400
2022-06-19T08:37+0400
2022-06-19T09:05+0400
video
azərbaycan
resept
gilas
https://cdnn1.img.sputnik.az/img/07e6/06/11/443032193_0:0:1920:1080_1920x0_80_0_0_841a98526d99d0f91c4c7c76f8d0e812.jpg
Gilas demək olar ki, Azərbaycanın bütün bölgələrində yetişir. Amma Quba və Xaçmaz rayonlarında daha çox məhsul toplanır. Gilas mürəbbəsi ağız dadına uyğun olaraq bəzən tumlu, bəzən isə tumsuz şəkildə bişirilir.Onu da qeyd edək ki, hər kəs ağ gilas mürəbbəsini yaxşı hazırlaya bilmir. Belə ki, hazır mürəbbənin rəngi şəffaf olmalıdır.Bəzən gilaslar əzilir, ya da mürəbbənin suyunun rəngi tünd olur. Buna görə də mürəbbəni hazırlayan zaman daha diqqətli olmaq lazımdır.Bu dadlı mürəbbənin bişirilmə qaydasını bizə illərdir bu işin ustası olan Quba rayon İkinci Nügədi kənd sakini Nuriyyə Abdullayeva göstərir. O, uzun illərdir ki, öz həyətinin məhsulunu yığıb qışa tədarük görür. Nuriyyə xanım gilas mürəbbəsinin ən gözəl bişirmə qaydasını təqdim edir.Gilas mürəbbəsi üçün lazım olan ərzaqlar:- 1 kq ağ gilas;- 800 qram şəkər tozu;- limonun yarısı;- 2 stəkan su.Nuriyyə xanım ağ gilas mürəbbəsini tumu çıxarılmış formada bişirir. Əvvəlcə gilas yığılır və yaxşıca yuyulur. Yuyulduqdan sonra onun tumu çıxarılır. Tumu çıxarılmış gilasın üzərinə şəkər tozu və su əlavə edilib ocağa qoyulur. Qaynadıqca mürəbbənin kəfi yığılıb atılır. Daha sonra mürəbbəyə doğranmış limon əlavə edilir. Təxminən 45 dəqiqəyə mürəbbə hazır olur.Gilas mürəbbəsi bir çox xəstəliklərin - mədə-bagırsaq xəstəliklərinin, soyuqdəymənin müalicəsində istifadə olunur.Onu da qeyd edək ki, mürəbbənin daha dadlı olması üçün bəzən giləmeyvənin içinə qoz və yaxud fındıq ləpəsi də əlavə olunur.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/11/443032193_240:0:1680:1080_1920x0_80_0_0_03fe1435da4e1bad0283855beb00d2c6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
azərbaycan, resept, gilas, видео
azərbaycan, resept, gilas, видео
Süfrələrin bəzəyi - gilas mürəbbəsi: Quba sakinindən ustad dərsi
08:37 19.06.2022 (Yenilənib: 09:05 19.06.2022) Yay mövsümündə ən çox bişirilən mürəbbələrdən biri də gilas mürəbbəsidir. Gilasın iki növü - ağ və qara gilas mürəbbəsi ən çox sevilən təamlardan sayılır. Bir çox insanların sevdiyi ağ gilas mürəbbəsi həm görünüşünə, həm də dadına görə süfrələrin bəzəyi sayılır.
Gilas demək olar ki, Azərbaycanın bütün bölgələrində yetişir. Amma Quba və Xaçmaz rayonlarında daha çox məhsul toplanır. Gilas mürəbbəsi ağız dadına uyğun olaraq bəzən tumlu, bəzən isə tumsuz şəkildə bişirilir.
Onu da qeyd edək ki, hər kəs ağ gilas mürəbbəsini yaxşı hazırlaya bilmir. Belə ki, hazır mürəbbənin rəngi şəffaf olmalıdır.
Bəzən gilaslar əzilir, ya da mürəbbənin suyunun rəngi tünd olur. Buna görə də mürəbbəni hazırlayan zaman daha diqqətli olmaq lazımdır.
Bu dadlı mürəbbənin bişirilmə qaydasını bizə illərdir bu işin ustası olan Quba rayon İkinci Nügədi kənd sakini Nuriyyə Abdullayeva göstərir. O, uzun illərdir ki, öz həyətinin məhsulunu yığıb qışa tədarük görür. Nuriyyə xanım gilas mürəbbəsinin ən gözəl bişirmə qaydasını təqdim edir.
Gilas mürəbbəsi üçün lazım olan ərzaqlar:
Nuriyyə xanım ağ gilas mürəbbəsini tumu çıxarılmış formada bişirir. Əvvəlcə gilas yığılır və yaxşıca yuyulur. Yuyulduqdan sonra onun tumu çıxarılır. Tumu çıxarılmış gilasın üzərinə şəkər tozu və su əlavə edilib ocağa qoyulur. Qaynadıqca mürəbbənin kəfi yığılıb atılır. Daha sonra mürəbbəyə doğranmış limon əlavə edilir. Təxminən 45 dəqiqəyə mürəbbə hazır olur.
Gilas mürəbbəsi bir çox xəstəliklərin - mədə-bagırsaq xəstəliklərinin, soyuqdəymənin müalicəsində istifadə olunur.
Onu da qeyd edək ki, mürəbbənin daha dadlı olması üçün bəzən giləmeyvənin içinə qoz və yaxud fındıq ləpəsi də əlavə olunur.