DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Konqresdə benzinin bahalaşmasını Bayden üçün "məhvedici" adlandırıblar

© Anna Moneymaker / Getty Images via AFPABŞ prezidenti Co Bayden
ABŞ prezidenti Co Bayden - Sputnik Azərbaycan, 1920, 19.06.2022
Abunə olmaq
Qudenin sözlərinə görə, hazırkı Amerika rəhbərliyi inflyasiyanın artmasına və ölkədə benzinin qiymətinin yüksək olmasına görə "məsuliyyət daşımaqdan imtina edir, Rusiyanı, qaz və neft şirkətlərini günahlandırırlar"
BAKI, 19 iyun — Sputnik. ABŞ-da benzinin rekord qiymətləri və inflyasiya artımı ABŞ prezidenti Co Bayden administrasiyası və Konqresdəki Demokrat partiyasının nümayəndələri üçün məhvedici ola bilər.
Şənbə günü konqresmen Lens Quden (Texas ştatından Respublikaçı) tərəfindən Fox xəbərlər telekanalının yayımında belə bir qiymətləndirmə ifadə edilib.
Qudenin sözlərinə görə, Bayden Administrasiyası inflyasiyanın artmasına və ölkədə benzinin qiymətinin yüksək olmasına görə "məsuliyyət daşımaqdan imtina edir". "Onlar Rusiyanı, qaz və neft şirkətlərini günahlandırırlar", - deyə konqresmen qeyd edib. Onun fikrincə, vəziyyət yalnız o halda yaxşılığa doğru dəyişə bilər ki, noyabrda, ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərin nəticələrinə görə Respublikaçılar Partiyasının nümayəndələri hər iki palatada çoxluq əldə etsinlər. "ABŞ xalqı təngə gəlib, prezident isə barmağı ilə özündən başqa hamını göstərir, baxmayaraq ki, işə başlamalı, məsuliyyətli addımlar atmalı və kursu dəyişməlidir”, - deyə qanunverici bildirib.
“Düşünürəm ki, benzinin yüksək qiymətləri onun üçün (Bayden – TASS qeydi) aralıq seçkilərə qədərki dövrdə fəlakət olacaq”, - deyə respublikaçı davam edib. Onun sözlərinə görə, demokratlara qarşıdan gələn seçkilərdə Konqresə nəzarəti saxlamağa kömək edə biləcək çox az şey var. "Düşünürəm ki, Bayden administrasiyası səhv etdiyini etiraf etsə, amerikalılar bunu ilk addım kimi qiymətləndirərdilər" deyən Quden, hazırkı Amerika rəhbərliyinin əsas probleminin iqtisadi problemlərə görə "məsuliyyəti öz üzərinə götürmək istəməməsi" olduğunu qeyd edib.
ABŞ-da, noyabrda keçiriləcək aralıq seçkilərində nümayəndələr Palatasının bütün 435 üzvü və 34 senatoru seçiləcək. Hazırda Konqresin aşağı palatasında demokratlar yerlərin əksəriyyətini tutur, Senatda isə paritet qurulub: hər iki partiyanın hər birinin 50 yeri var. ABŞ-ın keçmiş prezidenti Donald Tramp bundan əvvəl 2022-ci il seçkilərində Respublikaçılar partiyasının nümayəndələr Palatasına nəzarəti ələ keçirə biləcəyi, ABŞ-ın hazırkı prezidenti Co Bayden də daxil olmaqla demokratların siyasi çöküşlə üzləşəcəyi ilə bağlı fikir bildirib.
Rusiya prezidenti Vladimir Putin cümə günü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı qeyd edib ki, “qiymətlərin artması, inflyasiya [Qərbdə], ərzaq problemi, yanacağın, benzinin qiymətləri, bütövlükdə enerji sektorundakı qiymətlər ABŞ-ın və Avropa bürokratiyasının mövcud administrasiyasının iqtisadi siyasətindəki sistemli səhvlərin nəticəsidir”, Rusiya və onun “Donbasın azad edilməsi üzrə hərəkətlərinin bununla heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, fevralın 24-də Putin Donbass respublikalarının rəhbərlərinin kömək istəməsi ilə bağlı xüsusi hərbi əməliyyat elan edib. O, vurğulayıb ki, Ukrayna ərazilərinin işğalı Moskvanın planlarına daxil deyil, məqsədlər isə ölkənin demilitarizasiyası və denazifikasiyasıdır. Qərb Rusiyanın bu qərarına cavab olaraq ona qarşı, tədricən, çoxsaylı irimiqyaslı sanksiyalar tətbiq etməyə başlayıb. Bununla yanaşı, Qərb dövlətləri Kiyevi indiki mərhələdə dəyəri milyardlarla dollar həcmində ölçülən silah və hərbi texnika ilə təchiz etməyə başlayıblar. Bir sıra Qərb siyasətçiləri etiraf ediblər ki, bu, əslində Rusiyaya qarşı iqtisadi müharibədir.
Xəbər lenti
0