Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dünyada ilk dəfə 5 yaşdan uşaqlar üçün COVID-19 peyvəndi təsdiqlənib

© AP Photo / Ted S. WarrenUşağa koronavirusa qarşı peyvənd vurulur, arxiv şəkli
Uşağa koronavirusa qarşı peyvənd vurulur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.06.2022
Abunə olmaq
ABŞ-da 220 milyondan çox amerikalı tam peyvənd olunub, 100 milyondan çoxu isə revaksinasiya olunub.
BAKI, 19 iyun - Sputnik. ABŞ səlahiyyətliləri "Pfizer"in "BioNTech" və "Moderna" koronavirus peyvəndlərini beş yaşdan kiçik uşaqlar üçün təsdiqləyib.
APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin yazılı bəyanatında deyilir.
Baydenin bildirib ki, bu ABŞ-da COVID-19 ilə mübarizədə mühüm addımdır.
Prezidentin sözlərinə görə, ABŞ dünyada bu cür peyvəndlərə icazə verən ilk ölkə olub.
O vurğulayıb ki, bu peyvəndlər təhlükəsizdir və valideynlərə övladının koronavirusun təsirindən qorunduğuna əminlik yaradır.
Prezidentin sözlərinə görə, ABŞ-da 220 milyondan çox amerikalı tam peyvənd olunub, 100 milyondan çoxu isə revaksinasiya olunub.
***
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər lenti
0