https://sputnik.az/20220618/mudafie-naziri-dovlet-serhedinde-doyus-movqelerine-sefer-edib---vdeo-443066897.html
Müdafiə naziri dövlət sərhədində döyüş mövqelərinə səfər edib - VİDEO
Müdafiə naziri dövlət sərhədində döyüş mövqelərinə səfər edib - VİDEO
Sputnik Azərbaycan
Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək... 18.06.2022, Sputnik Azərbaycan
2022-06-18T11:52+0400
2022-06-18T11:52+0400
2022-06-18T11:52+0400
zakir həsənov
azərbaycan xəbərləri
müdafiə naziri
kəlbəcər
laçın
hərbi hissə
https://cdnn1.img.sputnik.az/img/07e6/06/12/443064227_0:72:1000:635_1920x0_80_0_0_f877d335a09da6597b6124f26b513d9e.jpg
BAKI, 18 iyun - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətlə görüşüb.Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.Sonra general-polkovnik Z.Həsənov müşahidə məntəqələrində olarkən qarşı tərəfin fəaliyyətini izləyib, optik müşahidə cihazları və texniki vasitələrin imkanlarını sınayıb.Yerləşmə məntəqələrində yaradılan şəraitlə tanış olan nazirə məruzə edilib ki, burada döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsədilə bütün lazımi infrastruktur yaradılıb.Sonda müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi və dayanıqlı müdafiənin təmin edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/12/443064227_29:0:972:707_1920x0_80_0_0_24888da361f08b7ca85d229b520f7840.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
zakir həsənov, müdafiə naziri, kəlbəcər, laçın, hərbi hissə
zakir həsənov, müdafiə naziri, kəlbəcər, laçın, hərbi hissə
Müdafiə naziri dövlət sərhədində döyüş mövqelərinə səfər edib - VİDEO
Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib
BAKI, 18 iyun - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətlə görüşüb.
Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Sonra general-polkovnik Z.Həsənov müşahidə məntəqələrində olarkən qarşı tərəfin fəaliyyətini izləyib, optik müşahidə cihazları və texniki vasitələrin imkanlarını sınayıb.
Yerləşmə məntəqələrində yaradılan şəraitlə tanış olan nazirə məruzə edilib ki, burada döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsədilə bütün lazımi infrastruktur yaradılıb.
Sonda müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi və dayanıqlı müdafiənin təmin edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.