https://sputnik.az/20220618/bu-hele-baslangicdir-avropada-zavodlar-dayanib-443053111.html
"Bu hələ başlanğıcdır." Avropada zavodlar "dayanıb"
"Bu hələ başlanğıcdır." Avropada zavodlar "dayanıb"
Sputnik Azərbaycan
Aİ-də enerji resursları ilin əvvəlindən 50% bahalaşıb və son 13 ilin ən yüksək səviyyəsinə çatıb. 18.06.2022, Sputnik Azərbaycan
2022-06-18T09:28+0400
2022-06-18T09:28+0400
2022-06-18T09:28+0400
avropa
dünya xəbərləri
zavod
ispaniya
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434007720_0:320:3073:2048_1920x0_80_0_0_4fe7e66a101b266490fad196e47cdb5d.jpg
BAKI, 18 iyun — Sputnik. Avropa İttifaqı enerji asılılığını azaltmaq üçün əlindən gələni edirdi, birdən məlum oldu ki, sənayedə ucuz Rusiya enerji daşıyıcıları çox ciddi şəkildə çatışmır. Qiymətlər yüksəkdir və Moskvanın artıq nümayiş etdirdiyi kimi, tədarük isə hər an dayana bilər. Zavodlar istehsalı bir-bir azaldır. Brüsselin yeni enerji siyasətindən hansı sahələrin xüsusilə zərər çəkdiyini və kimlərin daha sadə sahələrə üz tutduğunu materialda oxuya bilərsiniz.İnflyasiya şokuAİ-də enerji resursları ilin əvvəlindən 50% bahalaşıb və son 13 ilin ən yüksək səviyyəsinə çatıb. İnflyasiya artmaqdadır. May ayında 19 avrozona ölkəsi 8,1%-lə rekord göstəriciyə imza atıb: İlk növbədə, enerji daşıyıcıları (39,%, apreldə 37,5 % olub), ərzaq məhsulları, spirtli içki və tütün məmulatları, sənaye malları hesabına bu inflyasiya qeydə alınıb.Estoniya, Latviya, Litvada inflyasiya daha çoxdur: 20,1%, 18,5, 16,4. Ən böyük iqtisadiyyatlarda - Almaniya və Fransada - 8,7 və 5,8-dir. Almaniya üçün – 50 illik maksimumdur."Belə göstəricilər birbaşa Moskvaya qarşı sanksiyaların və Rusiya neft və qazına qismən qadağanın nəticəsidir. İyun ayında Brüssel qara qızılın boru kəməri ilə idxalına embarqo tətbiq edib, lakin karbohidrogenlərdən tamamilə imtina etməyə cəsarət etməyib. Dənizlə tədarüklər davam edir. Ancaq bu da çox baha başa gəlib. Bunun nəticəsini həm istehlakçılar, həm də sənaye ödəyir. Avropalılar isə "yanacaq yoxsulluğu" içərisindədirlər.Müşahidəçilər bildirirlər ki, Aİ iqtisadiyyatı fəlakətə yaxındır. Üstəlik, istehlak bazarlarında inflyasiya sunamisi yalnız başlanğıcdadır. Qiymətlərin daha da artması istehsalçı tariflərinin kəskin artan indeksini göstərir: bu, illik göstəricidə 36,8%-dir."Spiegel" jurnalı hesab edir ki, Avropa İttifaqının altıncı sanksiyalar paketi çərçivəsində tətbiq etdiyi Rusiya neftinə qismən embarqo "qiymət şoku", yüksək faiz dərəcələri, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin azalması ilə nəticələnəcək."Bruegel" tədqiqat mərkəzinin direktoru Quntram Volfun nəşrə verdiyi məlumata görə, inflyasiya təzyiqləri artmaqda davam edəcək və bazarlarda vəziyyət daha da pisləşəcək.ArdıcıllıqlaHələ payızda qazın qiyməti Avropanın kimya sənayesinə ağır zərbə vurub. Norveçin "Yara International ASA" şirkəti mineral gübrələrin istehsalını 40% azaldıb. İngiltərənin "CF Industries"şirkəti iki zavodunu, Almaniyanın "BASF SE" şirkəti də bəzi obyektlərini bağlayıb."İndi, "The Wall Street Journal"ın yazdığı kimi, başqaları da eyni addımı atıblar. Onilliklər ərzində ucuz Rusiya neftindən istifadə edən bir neçə müəssisə artan enerji xərclərinin öhdəsindən gələ bilmədikləri üçün istehsalı dayandırıblar. "Zəhərli" enerji daşıyıcılarına alternativ tapmaq üçün çox səy göstərmək lazımdır. Əgər Moskva qaz tədarükünü tamamilə dayandırsa, hər şey dayanacaq"."Qazprom" artıq Bolqarıstan, Finlandiya və Polşa üçün tədarükü dayandırıb – çünki onlar rublla ödəməkdən imtina ediblər. Ancaq Aİ-nin qaz idxalında Rusiyanın payı təxminən 40%-dir.May ayında İtaliyanın Ekoloji Keçid üzrə naziri Roberto Çinqolani Aİ-ni hüquqi bazanı və onun nəticələrini müəyyən edənə kimi rublla ödəməyə müvəqqəti icazə verməyə çağırıb. İyunun 15-də isə İtaliyanın "Eni" şirkəti "Qazprom"dan tədarükün azaldılması ilə bağlı bildiriş aldığını bildirib. Səbəbləri isə açıqlanmır.Domino effektiİndi ABŞ, Yaxın Şərq və digər bölgələrdə enerji qiymətləri Avropaya nisbətən xeyli aşağıdır. Məsələn, Aİ-də qaz ABŞ bazarından təxminən üç dəfə bahadır. Ona görə də Avropa müəssisələri rəqabət apara bilmirlər."Yeni şərtlər sənayenin bütün sahələrində, xüsusilə də kimya sahəsində hiss olunub. Beləliklə, "OCI NV"nin direktoru Əhməd Əl-Hoşinin sözlərinə görə, şirkət Hollandiyadakı zavodda ammiak istehsalını azaldıb və hazırda onu ABŞ, Misir və Əlcəzairdən idxal edir".Böyük Britaniyada azot gübrəsi bazarının ən böyük zavodlarından biri olan "İnce" zavodu bağlanıb. "CF Fertilizers" şirkətinin sahibi xəbərdarlıq edib ki, bu, ərzaq tədarükü zəncirlərini poza bilər.Milli Statistika Bürosunun məlumatına görə, Böyük Britaniyada inflyasiya may ayında son 40 ilin ən yüksək səviyyəsinə çataraq 9% təşkil edib. Ümumilikdə "Make UK"nin (İstehsal Sənayeləri Müəssisələri Federasiyası) hesablamalarına görə, Britaniya şirkətlərinin 17%-i "enerji tutumlu məhsulların istehsalını" azaldıb."Metallurqlar da zərər görüb. Mart ayından etibarən "ArcelorMittal" poladqayırma sexlərini pik saatlarda bağlayır, bu isə iş vaxtının təxminən üçdə biri deməkdir. "Acerinox" İspaniyadakı Alhesirasda yeganə zavodunu bağlayıb".Baş ofisi İspaniyada yerləşən "Celsa" poladqayırma holdinq şirkəti Barselonada illik 2,5 milyon ton istehsal gücünə malik zavodun fəaliyyətini müvəqqəti dayandırmaq üzrədir.Avropada Putinin borunun qarşısını kəsəcəyindən qorxaraq, qazı tənzimləməyə hazırlaşırlar. "Qazprom"un "Şimal axını" ilə nəqlin azaldılması barədə bəyanatından sonra mavi yanacağın qiymətləri min kubmetr üçün 1200 avrodan yuxarı qalxıb. Bütün proqnozlara görə, yüksək elektrik enerji xərcləri Aİ-də sənaye istehsalını çökdürə və iqtisadi artıma zərbə vura bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Dembinskaya Natalya
https://cdnn1.img.sputnik.az/img/42406/14/424061405_35:-1:195:160_100x100_80_0_0_bbc6ea6db45b93f9a874bb1bb0c884b1.jpg
Dembinskaya Natalya
https://cdnn1.img.sputnik.az/img/42406/14/424061405_35:-1:195:160_100x100_80_0_0_bbc6ea6db45b93f9a874bb1bb0c884b1.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434007720_0:0:2731:2048_1920x0_80_0_0_3876ad55e2d0598b05e0917ef86852b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Dembinskaya Natalya
https://cdnn1.img.sputnik.az/img/42406/14/424061405_35:-1:195:160_100x100_80_0_0_bbc6ea6db45b93f9a874bb1bb0c884b1.jpg
avropa, zavod, ispaniya
"Bu hələ başlanğıcdır." Avropada zavodlar "dayanıb"
Aİ-də enerji resursları ilin əvvəlindən 50% bahalaşıb və son 13 ilin ən yüksək səviyyəsinə çatıb.
BAKI, 18 iyun — Sputnik. Avropa İttifaqı enerji asılılığını azaltmaq üçün əlindən gələni edirdi, birdən məlum oldu ki, sənayedə ucuz Rusiya enerji daşıyıcıları çox ciddi şəkildə çatışmır. Qiymətlər yüksəkdir və Moskvanın artıq nümayiş etdirdiyi kimi, tədarük isə hər an dayana bilər. Zavodlar istehsalı bir-bir azaldır. Brüsselin yeni enerji siyasətindən hansı sahələrin xüsusilə zərər çəkdiyini və kimlərin daha sadə sahələrə üz tutduğunu materialda oxuya bilərsiniz.
Aİ-də enerji resursları ilin əvvəlindən 50% bahalaşıb və son 13 ilin ən yüksək səviyyəsinə çatıb. İnflyasiya artmaqdadır. May ayında 19 avrozona ölkəsi 8,1%-lə rekord göstəriciyə imza atıb: İlk növbədə, enerji daşıyıcıları (39,%, apreldə 37,5 % olub), ərzaq məhsulları, spirtli içki və tütün məmulatları, sənaye malları hesabına bu inflyasiya qeydə alınıb.
Estoniya, Latviya, Litvada inflyasiya daha çoxdur: 20,1%, 18,5, 16,4. Ən böyük iqtisadiyyatlarda - Almaniya və Fransada - 8,7 və 5,8-dir. Almaniya üçün – 50 illik maksimumdur.
"Belə göstəricilər birbaşa Moskvaya qarşı sanksiyaların və Rusiya neft və qazına qismən qadağanın nəticəsidir. İyun ayında Brüssel qara qızılın boru kəməri ilə idxalına embarqo tətbiq edib, lakin karbohidrogenlərdən tamamilə imtina etməyə cəsarət etməyib. Dənizlə tədarüklər davam edir. Ancaq bu da çox baha başa gəlib. Bunun nəticəsini həm istehlakçılar, həm də sənaye ödəyir. Avropalılar isə "yanacaq yoxsulluğu" içərisindədirlər.
Müşahidəçilər bildirirlər ki, Aİ iqtisadiyyatı fəlakətə yaxındır. Üstəlik, istehlak bazarlarında inflyasiya sunamisi yalnız başlanğıcdadır. Qiymətlərin daha da artması istehsalçı tariflərinin kəskin artan indeksini göstərir: bu, illik göstəricidə 36,8%-dir.
"Spiegel" jurnalı hesab edir ki, Avropa İttifaqının altıncı sanksiyalar paketi çərçivəsində tətbiq etdiyi Rusiya neftinə qismən embarqo "qiymət şoku", yüksək faiz dərəcələri, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin azalması ilə nəticələnəcək.
"Bruegel" tədqiqat mərkəzinin direktoru Quntram Volfun nəşrə verdiyi məlumata görə, inflyasiya təzyiqləri artmaqda davam edəcək və bazarlarda vəziyyət daha da pisləşəcək.
Hələ payızda qazın qiyməti Avropanın kimya sənayesinə ağır zərbə vurub. Norveçin "Yara International ASA" şirkəti mineral gübrələrin istehsalını 40% azaldıb. İngiltərənin "CF Industries"şirkəti iki zavodunu, Almaniyanın "BASF SE" şirkəti də bəzi obyektlərini bağlayıb.
"İndi, "The Wall Street Journal"ın yazdığı kimi, başqaları da eyni addımı atıblar. Onilliklər ərzində ucuz Rusiya neftindən istifadə edən bir neçə müəssisə artan enerji xərclərinin öhdəsindən gələ bilmədikləri üçün istehsalı dayandırıblar. "Zəhərli" enerji daşıyıcılarına alternativ tapmaq üçün çox səy göstərmək lazımdır. Əgər Moskva qaz tədarükünü tamamilə dayandırsa, hər şey dayanacaq".
"Qazprom" artıq Bolqarıstan, Finlandiya və Polşa üçün tədarükü dayandırıb – çünki onlar rublla ödəməkdən imtina ediblər. Ancaq Aİ-nin qaz idxalında Rusiyanın payı təxminən 40%-dir.
May ayında İtaliyanın Ekoloji Keçid üzrə naziri Roberto Çinqolani Aİ-ni hüquqi bazanı və onun nəticələrini müəyyən edənə kimi rublla ödəməyə müvəqqəti icazə verməyə çağırıb. İyunun 15-də isə İtaliyanın "Eni" şirkəti "Qazprom"dan tədarükün azaldılması ilə bağlı bildiriş aldığını bildirib. Səbəbləri isə açıqlanmır.
İndi ABŞ, Yaxın Şərq və digər bölgələrdə enerji qiymətləri Avropaya nisbətən xeyli aşağıdır. Məsələn, Aİ-də qaz ABŞ bazarından təxminən üç dəfə bahadır. Ona görə də Avropa müəssisələri rəqabət apara bilmirlər.
"Yeni şərtlər sənayenin bütün sahələrində, xüsusilə də kimya sahəsində hiss olunub. Beləliklə, "OCI NV"nin direktoru Əhməd Əl-Hoşinin sözlərinə görə, şirkət Hollandiyadakı zavodda ammiak istehsalını azaldıb və hazırda onu ABŞ, Misir və Əlcəzairdən idxal edir".
Böyük Britaniyada azot gübrəsi bazarının ən böyük zavodlarından biri olan "İnce" zavodu bağlanıb. "CF Fertilizers" şirkətinin sahibi xəbərdarlıq edib ki, bu, ərzaq tədarükü zəncirlərini poza bilər.
Milli Statistika Bürosunun məlumatına görə, Böyük Britaniyada inflyasiya may ayında son 40 ilin ən yüksək səviyyəsinə çataraq 9% təşkil edib. Ümumilikdə "Make UK"nin (İstehsal Sənayeləri Müəssisələri Federasiyası) hesablamalarına görə, Britaniya şirkətlərinin 17%-i "enerji tutumlu məhsulların istehsalını" azaldıb.
"Metallurqlar da zərər görüb. Mart ayından etibarən "ArcelorMittal" poladqayırma sexlərini pik saatlarda bağlayır, bu isə iş vaxtının təxminən üçdə biri deməkdir. "Acerinox" İspaniyadakı Alhesirasda yeganə zavodunu bağlayıb".
Baş ofisi İspaniyada yerləşən "Celsa" poladqayırma holdinq şirkəti Barselonada illik 2,5 milyon ton istehsal gücünə malik zavodun fəaliyyətini müvəqqəti dayandırmaq üzrədir.
Avropada Putinin borunun qarşısını kəsəcəyindən qorxaraq, qazı tənzimləməyə hazırlaşırlar. "Qazprom"un "Şimal axını" ilə nəqlin azaldılması barədə bəyanatından sonra mavi yanacağın qiymətləri min kubmetr üçün 1200 avrodan yuxarı qalxıb. Bütün proqnozlara görə, yüksək elektrik enerji xərcləri Aİ-də sənaye istehsalını çökdürə və iqtisadi artıma zərbə vura bilər.