https://sputnik.az/20220618/azerbaycan-nefti-ucuzlasdi-443065112.html
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı
Sputnik Azərbaycan
İnkişaf etmiş ölkələrin mərkəzi banklarının inflyasiya ilə mübarizədə atdığı sərtləşdirmə addımları tənəzzüllə bağlı narahatlıqları daha da artırıb 18.06.2022, Sputnik Azərbaycan
2022-06-18T19:03+0400
2022-06-18T19:03+0400
2022-06-18T21:33+0400
neft-qaz
neft
ucuzlaşma
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442205985_0:123:2464:1509_1920x0_80_0_0_1b4a1bfe9f3c4f5f51d948320a7fac8a.jpg
BAKI, 18 iyun - Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb."Azeri Light" markalı neftin qiyməti 3,66 ABŞ dolları və ya 2,9% azalaraq 121,97 dollar təşkil edib."Brent" neftinin qiyməti 5,6% azalaraq 113,12 dollar, "WTI" markalı neft isə 6,8% azalaraq 109,56 dollar təşkil edib.İnkişaf etmiş ölkələrin mərkəzi banklarının inflyasiya ilə mübarizədə atdığı sərtləşdirmə addımları tənəzzüllə bağlı narahatlıqları daha da artırıb. Bu addımlar neft qiymətlərinə təzyiq göstərir. Ona görə də neft bu həftəni enişlə başa vurmağa hazırlaşır.Qeyd edək ki, ötən günlərdə ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini 0,75% artıraraq illik 1,50-1,75%-ə çatdırıb. Böyük Britaniya Mərkəzi Bankı faiz dərəcəsini illik 1%-dən 1,25%-dək artırıb. Pul siyasətinin sərtləşdirilməsi yüksək inflyasiya ilə bağlıdır.Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442205985_144:0:2320:1632_1920x0_80_0_0_2b3c42785de56331f42ec32a138efe53.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, ucuzlaşma
Azərbaycan nefti ucuzlaşdı
19:03 18.06.2022 (Yenilənib: 21:33 18.06.2022) İnkişaf etmiş ölkələrin mərkəzi banklarının inflyasiya ilə mübarizədə atdığı sərtləşdirmə addımları tənəzzüllə bağlı narahatlıqları daha da artırıb
BAKI, 18 iyun - Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
"Azeri Light" markalı neftin qiyməti 3,66 ABŞ dolları və ya 2,9% azalaraq 121,97 dollar təşkil edib.
"Brent" neftinin qiyməti 5,6% azalaraq 113,12 dollar, "WTI" markalı neft isə 6,8% azalaraq 109,56 dollar təşkil edib.
İnkişaf etmiş ölkələrin mərkəzi banklarının inflyasiya ilə mübarizədə atdığı sərtləşdirmə addımları tənəzzüllə bağlı narahatlıqları daha da artırıb. Bu addımlar neft qiymətlərinə təzyiq göstərir. Ona görə də neft bu həftəni enişlə başa vurmağa hazırlaşır.
Qeyd edək ki, ötən günlərdə ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini 0,75% artıraraq illik 1,50-1,75%-ə çatdırıb. Böyük Britaniya Mərkəzi Bankı faiz dərəcəsini illik 1%-dən 1,25%-dək artırıb. Pul siyasətinin sərtləşdirilməsi yüksək inflyasiya ilə bağlıdır.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.