SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Regionumuzdakı ölkələr bir-birinə qarşı olmamalıdır - XİN rəsmisi

© Photo : State Road Transport ServiceAzərbaycan və Gürcüstan bayraqları, arxiv şəkli
Azərbaycan və Gürcüstan bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.06.2022
Abunə olmaq
Azərbaycan xarici işlər nazirinin müavini bildirib ki, Cənubi Qafqaz bölgəsində gələcək vəziyyətin normallaşmasında Gürcüstan da oyunçu kimi görünür.
BAKI, 17 iyun — Sputnik. "Bizim Azərbaycanla çox gözəl ikitərəfli münasibətlərimiz var. Böyük layihələrdə iştirak edirik, regional əhəmiyyətli infrastrukturun qlobal əhəmiyyət qazanmasına çalışırıq və buna nail olmuşuq". Bunu Gürcüstan Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirədə deyib.
Eka Tkeşelaşvilinin sözlərinə görə, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması onu göstərir ki, sülhə doğru addım atıla bilər:

"Gürcüstan hökuməti bu sülh danışıqlarına yardım etməyə, təmsil olunmağa hazırdır. Azərbaycan və Gürcüstan bu prosesdə maraqlıdır".

Baş nazirin sabiq müavini deyib ki, Gürcüstan xalqları yaxınlaşdırmaq istəyir:
"Bu, sülhün bərqərar olmasına töhfə verəcək. Gürcüstan Azərbaycan və Ermənistandan olan nümayəndələrin görüşlərinin keçirilməsinə ev sahibliyi edə bilər".
O bildirib ki, uzunmüddətli strategiya seçilməli, təhdidlərə, çağırışlara birgə cavab verilməlidir.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirədə deyib ki, Azərbaycan-Ermənistan-Aİ, Azərbaycan-Ermənistan-Rusiya, Azərbaycan-Ermənistan-Gürcüstan - bu üçtərəfli formatlar bir-birinə əlavə dəyər qatır:
"Vasitəçilik olmasa idi, iki ölkə arasında sərhədlərin delimitasiyası üçün komissiya formalaşmayacaqdı".
"Regionumuzdakı ölkələr bir-birinə qarşı olmamalıdır, əməkdaşlıq etməlidir. Gürcüstan hökuməti Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazır olduğunu bəyan edib. Prezident İlham Əliyev də bunu bildirdi. Gürcüstanın bu prosesdə rolu vacibdir, bu vasitəçilik platformasının unikal rolu var. Cənubi Qafqaz bölgəsində gələcək vəziyyətin normallaşmasında Gürcüstan da oyunçu kimi görünür", - XİN rəhbərinin müavini vurğulayıb.
O diqqətə çatdırıb ki, Cənubi Qafqaz regionu mərkəzdədir, region ölkələrindən dəhlizlər keçir: "Azərbaycan 2013-cü ildən Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyir. Bu layihə Cənubi Qafqaza faydalar gətirəcək".
Elnur Məmmədov xatırladıb ki, Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə irimiqyaslı bərpa işləri başlayıb, Beynəlxalq Hava Limanları tikilib, avtomobil yolları çəkilib, "yaşıl enerji" zonaları yaradılır. O əlavə edib ki, bu regionun böyük günəş və külək enerjisi potensialı var:
"Qeyd etdiyim kimi, regionumuzda böyük layihələr həyata keçirilib, ancaq Ermənistan illər ərzində bütün bu proseslərdən təcrid olub, Gürcüstan isə fəal iştirak edib. Çünki bunun səbəbi işğal olub, artıq bu fakt aradan qalxıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0