https://sputnik.az/20220617/qarabaga-geden-yol-filmi-fransa-ictimaiyyetinin-boyuk-maragina-sebeb-olub---sefirlik-443039486.html
"Qarabağa gedən yol" filmi Fransa ictimaiyyətinin böyük marağına səbəb olub - Səfirlik
"Qarabağa gedən yol" filmi Fransa ictimaiyyətinin böyük marağına səbəb olub - Səfirlik
Sputnik Azərbaycan
Azərbaycanın Fransadakı Səfirliyindən bildirilib ki, erməni təxribatçıları Azərbaycan əleyhinə şüarlar səsləndirib, Mədəniyyət Mərkəzinin binasına zərər... 17.06.2022, Sputnik Azərbaycan
2022-06-17T15:57+0400
2022-06-17T15:57+0400
2022-06-17T16:11+0400
mədəniyyət
film
qarabağ
paris
nümayiş
erməni daşnakları
təxribat
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442491069_0:0:3169:1784_1920x0_80_0_0_8ee424172348a81af8e588b93682d400.jpg
BAKI, 17 iyun — Sputnik. Azərbaycanın Fransadakı Səfirliyi tərəfindən "Şuşa İli" çərçivəsində hazırlanmış Qarabağla bağlı filmin nümayişi zamanı ermənilər təxribat törətməyə çalışıblar. Bu barədə Səfirlikdən məlumat verilib.Qeyd olunub ki, "Şuşa İli" çərçivəsində iyunun 16-da Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Fransada fəaliyyət göstərən "ERE TV" telekanalının hazırladığı Qarabağ və Şuşa ilə bağlı "Qarabağa gedən yol" adlı filmin ilkin nümayişi baş tutub.Sözügedən filmin çəkilişləri cari ilin yanvar ayında səfirlik tərəfindən təşkil olunmuş telekanalın ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfəri zamanı baş tutub.Filmin nümayişi zamanı Fransada yaşayan erməni diasporunun radikal nümayəndələri, aktiv təxribatçı fəaliyyəti ilə tanınan "FRA Nor Seround" assosiasiyasının bir qrup üzvü Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edərək filmin nümayişinə mane olmağa çalışıblar.Onlar Azərbaycan əleyhinə şüarlar səsləndirib, Mədəniyyət Mərkəzinin binasına zərər vurmağa çalışıblar.Səfirlik tərəfindən Fransa polisinə müraciət edilib və onların bu cəhdlərinin qarşısı alınıb. Fransa polisi təxribatçı dəstənin əsas üzvünü saxlayıb.Qeyd olunmalıdır ki, Fransada fəaliyyət göstərən "FRA Nor Seround" təşkilatı Daşnaksütyun partiyasının davamçıları hesab olunur.Erməni təxribatçılarının cəhdlərinə baxmayaraq, "Qarabağa gedən yol" adlı filmin ilkin nümayişi uğurla baş tutub.Film Fransa ictimaiyyətinin böyük marağına səbəb olub. Sözügedən film iyun ayının sonunda "ERE TV" telekanalında yayımlanacaq.
https://sputnik.az/20220617/parisde-bir-qrup-ermeni-azerbaycanin-medeniyyet-merkezine-hucum-edib-443016821.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442491069_438:0:3169:2048_1920x0_80_0_0_09a47f925b150c5ab6f9e79c8adf8628.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
film, qarabağ, paris, nümayiş, erməni daşnakları, təxribat
film, qarabağ, paris, nümayiş, erməni daşnakları, təxribat
"Qarabağa gedən yol" filmi Fransa ictimaiyyətinin böyük marağına səbəb olub - Səfirlik
15:57 17.06.2022 (Yenilənib: 16:11 17.06.2022) Azərbaycanın Fransadakı Səfirliyindən bildirilib ki, erməni təxribatçıları Azərbaycan əleyhinə şüarlar səsləndirib, Mədəniyyət Mərkəzinin binasına zərər vurmağa çalışıblar.
BAKI, 17 iyun — Sputnik. Azərbaycanın Fransadakı Səfirliyi tərəfindən "Şuşa İli" çərçivəsində hazırlanmış Qarabağla bağlı filmin nümayişi zamanı ermənilər təxribat törətməyə çalışıblar. Bu barədə Səfirlikdən məlumat verilib.
Qeyd olunub ki, "Şuşa İli" çərçivəsində iyunun 16-da Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Fransada fəaliyyət göstərən "ERE TV" telekanalının hazırladığı Qarabağ və Şuşa ilə bağlı "Qarabağa gedən yol" adlı filmin ilkin nümayişi baş tutub.
Sözügedən filmin çəkilişləri cari ilin yanvar ayında səfirlik tərəfindən təşkil olunmuş telekanalın ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfəri zamanı baş tutub.
Filmin nümayişi zamanı Fransada yaşayan erməni diasporunun radikal nümayəndələri, aktiv təxribatçı fəaliyyəti ilə tanınan "FRA Nor Seround" assosiasiyasının bir qrup üzvü Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edərək filmin nümayişinə mane olmağa çalışıblar.
Onlar Azərbaycan əleyhinə şüarlar səsləndirib, Mədəniyyət Mərkəzinin binasına zərər vurmağa çalışıblar.
Səfirlik tərəfindən Fransa polisinə müraciət edilib və onların bu cəhdlərinin qarşısı alınıb. Fransa polisi təxribatçı dəstənin əsas üzvünü saxlayıb.
Qeyd olunmalıdır ki, Fransada fəaliyyət göstərən "FRA Nor Seround" təşkilatı Daşnaksütyun partiyasının davamçıları hesab olunur.
Erməni təxribatçılarının cəhdlərinə baxmayaraq, "Qarabağa gedən yol" adlı filmin ilkin nümayişi uğurla baş tutub.
Film Fransa ictimaiyyətinin böyük marağına səbəb olub. Sözügedən film iyun ayının sonunda "ERE TV" telekanalında yayımlanacaq.