https://sputnik.az/20220617/ombudsman-cebrayildaki-mina-hadisesi-ile-bagli-cagiris-edib-443036959.html
Beynəlxalq təşkilatlar minalarla bağlı konkret tədbirlər görmür - Ombudsman
Beynəlxalq təşkilatlar minalarla bağlı konkret tədbirlər görmür - Ombudsman
Sputnik Azərbaycan
Səbinə Əliyeva Ermənistana beynəlxalq hüquqa hörmət etmək öhdəliyini xatırladıb və beynəlxalq təşkilatları ədalətli yanaşma sərgiləyərək qəti münasibət... 17.06.2022, Sputnik Azərbaycan
2022-06-17T15:28+0400
2022-06-17T15:28+0400
2022-06-17T15:39+0400
cəmiyyət
ombudsman
mina
partlayış
https://cdnn1.img.sputnik.az/img/42323/27/423232770_0:0:3073:1728_1920x0_80_0_0_b80d91d89533d3d8ceda91f9f4574bc4.jpg
BAKI, 17 iyun — Sputnik. İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların hazırda insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratması və bu vəziyyətə son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat və çağırışlar ünvanlayıb.Bu barədə Ombudsman Aparatı məlumat yayıb.Bildirilib ki, azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoyub və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olub.Daha bir azərbaycanlı mülki şəxs piyada əleyhinə minaya düşərək xəsarət alıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb və sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub:"Azərbaycan Ombudsmanı olaraq, bir daha minaların yaratdığı təhlükə ilə bağlı ciddi narahatlığımı bildirir, Ermənistana beynəlxalq hüquqa hörmət etmək öhdəliyini xatırladır və beynəlxalq təşkilatları ədalətli yanaşma sərgiləyərək qəti münasibət bildirməklə bu məsələdə Azərbaycana dəstək ifadə etməyə çağırıram".Qeyd edək ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində mina partlayışı nəticəsində 7 nəfər xəsarət alıb.Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlunun isə sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. Hazırda vəziyyəti sabitdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42323/27/423232770_0:0:2731:2048_1920x0_80_0_0_48f894608108d281ca81fdddd2c45ec6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ombudsman, mina, partlayış
ombudsman, mina, partlayış
Beynəlxalq təşkilatlar minalarla bağlı konkret tədbirlər görmür - Ombudsman
15:28 17.06.2022 (Yenilənib: 15:39 17.06.2022) Səbinə Əliyeva Ermənistana beynəlxalq hüquqa hörmət etmək öhdəliyini xatırladıb və beynəlxalq təşkilatları ədalətli yanaşma sərgiləyərək qəti münasibət bildirməklə bu məsələdə Azərbaycana dəstək ifadə etməyə çağırıb.
BAKI, 17 iyun — Sputnik. İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların hazırda insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratması və bu vəziyyətə son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat və çağırışlar ünvanlayıb.
Bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoyub və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olub.
Daha bir azərbaycanlı mülki şəxs piyada əleyhinə minaya düşərək xəsarət alıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb və sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub:
"Təəssüflə bildiririk ki, beynəlxalq təşkilatlar tərəfindən insan həyatı üçün potensial təhlükə olaraq qalmaqda davam edən minalarla bağlı konkret tədbirlər görülmür, bu isə günahsız insanların həlak olmasına və ya xəsarətlər almasına səbəb olur".
"Azərbaycan Ombudsmanı olaraq, bir daha minaların yaratdığı təhlükə ilə bağlı ciddi narahatlığımı bildirir, Ermənistana beynəlxalq hüquqa hörmət etmək öhdəliyini xatırladır və beynəlxalq təşkilatları ədalətli yanaşma sərgiləyərək qəti münasibət bildirməklə bu məsələdə Azərbaycana dəstək ifadə etməyə çağırıram".
Qeyd edək ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində mina partlayışı nəticəsində 7 nəfər xəsarət alıb.
Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.
1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlunun isə sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. Hazırda vəziyyəti sabitdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.