NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft ucuzlaşır - SƏBƏBLƏR

© AFP 2024 / JOE KLAMARNeft
Neft  - Sputnik Azərbaycan, 1920, 17.06.2022
Abunə olmaq
Neft qiymətləri bu həftəni enişlə başa vurmağa hazırlaşır. Mərkəzi banklar sərt pul siyasəti həyata keçirirlər
BAKI, 17 iyun — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Azərbaycan neftinin qiyməti 3,78 dollar azalaraq 125,63 dollar olub.
London birjasında "Brent" markalı neftin qiyməti 0,06 dollar azalaraq 119,75 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,19 dollar ucuzlaşaraq 117,40 dollar olub.
İnkişaf etmiş ölkələrin mərkəzi banklarının inflyasiya ilə mübarizədə atdığı sərtləşdirmə addımları tənəzzüllə bağlı narahatlıqları daha da artırıb. Bu addımlar neft qiymətlərinə təzyiq göstərir. Ona görə də neft bu həftəni enişlə başa vurmağa hazırlaşır.
Qeyd edək ki, ötən günlərdə ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini 0,75% artıraraq illik 1,50-1,75%-ə çatdırıb. Böyük Britaniya Mərkəzi Bankı faiz dərəcəsini illik 1%-dən 1,25%-dək artırıb. Pul siyasətinin sərtləşdirilməsi yüksək inflyasiya ilə bağlıdır.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
neft  - Sputnik Azərbaycan, 1920, 15.06.2022
DÜNYA XƏBƏRLƏRİ
Konqresdə ölkənin neft ehtiyatlarının tükənməsi səbəbindən narahatlıq yaranıb
Xəbər lenti
0