https://sputnik.az/20220617/erzaq-bohrani-ciddi-tehdiddir---deputat-443027071.html
Ərzaq böhranı ciddi təhdiddir - DEPUTAT
Ərzaq böhranı ciddi təhdiddir - DEPUTAT
Sputnik Azərbaycan
Beynəlxalq qurumlar bu sahəyə milyardlar yönəltsə də, onların fəaliyyəti ləngdir. Bu problem getdikcə çətinləşəcək, deputat diqqətə çatdırıb. 17.06.2022, Sputnik Azərbaycan
2022-06-17T13:09+0400
2022-06-17T13:09+0400
2022-06-17T13:11+0400
ərzaq
cəmiyyət
deputat
prezident
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122640_0:254:3072:1982_1920x0_80_0_0_e06c513cd708800275daa8195c67db70.jpg
BAKI, 17 iyun - Sputnik. "Ukraynada baş verən hadisələr nəticəsində logistika təhlükəsinin yaranacağı ehtimal olunur. Bu baxımdan Zəngəzur dəhlizi mühüm əhəmiyyət kəsb edir. Dəhlizin açılması həm dünyaya ucuz başa gələcək, həm də malların tez çatdırılması baxımından effektivdir". Bunu parlamentin bugünkü iclasında deputat Əli Məsimli deyib.Millət vəkili qeyd edib ki, dünyada ərzaq böhranı hazırda ciddi təhdid sayılmalıdır:Onun sözlərinə görə, bizim ərzaqlıq buğda ilə bağlı problemimiz var. Biz taxılın bir ölkədən idxal asılılığını azaltmalıyıq. Eyni zamanda xaricdən alınan xeyli malları Azərbaycan özü istehsal edə bilər. Buna diqqət ayırmalıyıq.Dünyada ərzaq böhranı qaçılmazdırXatırladaq ki, dünən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır, bu, belə də olmalıdır. Dövlət başçısı bildirib ki, "dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik":Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu başlayıb.Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda çıxış edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122640_341:0:3072:2048_1920x0_80_0_0_4263c380f061a3670da7c1917673b6f9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ərzaq, deputat, prezident
ərzaq, deputat, prezident
Ərzaq böhranı ciddi təhdiddir - DEPUTAT
13:09 17.06.2022 (Yenilənib: 13:11 17.06.2022) Beynəlxalq qurumlar bu sahəyə milyardlar yönəltsə də, onların fəaliyyəti ləngdir. Bu problem getdikcə çətinləşəcək, deputat diqqətə çatdırıb.
BAKI, 17 iyun - Sputnik. "Ukraynada baş verən hadisələr nəticəsində logistika təhlükəsinin yaranacağı ehtimal olunur. Bu baxımdan Zəngəzur dəhlizi mühüm əhəmiyyət kəsb edir. Dəhlizin açılması həm dünyaya ucuz başa gələcək, həm də malların tez çatdırılması baxımından effektivdir". Bunu parlamentin bugünkü iclasında deputat Əli Məsimli deyib.
Millət vəkili qeyd edib ki, dünyada ərzaq böhranı hazırda ciddi təhdid sayılmalıdır:
“Azərbaycan Prezidentinin bu məsələyə diqqət ayırması təsadüfi deyil. Beynəlxalq qurumlar bu sahəyə milyardlar yönəltsə də, onların fəaliyyəti ləngdir. Bu problem getdikcə çətinləşəcək. Bunun da hər bir ölkəyə təsiri olacaq".
Onun sözlərinə görə, bizim ərzaqlıq buğda ilə bağlı problemimiz var. Biz taxılın bir ölkədən idxal asılılığını azaltmalıyıq. Eyni zamanda xaricdən alınan xeyli malları Azərbaycan özü istehsal edə bilər. Buna diqqət ayırmalıyıq.
Dünyada ərzaq böhranı qaçılmazdır
Xatırladaq ki, dünən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır, bu, belə də olmalıdır. Dövlət başçısı bildirib ki, "dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik":
"Eyni zamanda, gündəlikdəki məsələlərdən biri ərzaq böhranı ilə mübarizədə aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının rolunun nədən ibarət olmasıdır. Çünki böhran qaçılmazdır və artıq yaxındadır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda çıxış edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.