Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dünyada səhiyyə sisteminə investisiyalar yatırılmalıdır - Nazir

© Sputnik / Murad OrujovTeymur Musayev, arxiv şəkli
Teymur Musayev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.06.2022
Abunə olmaq
Bu gün IX Qlobal Bakı Forumu çərçivəsində səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşdə tibb sahəsinə investisiyaları artırmağa çağırıb
BAKI, 17 iyun — Sputnik. Bu gün IX Qlobal Bakı Forumu çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Ölkəmizə səfərinə və Qlobal Bakı Forumunda iştirak etdiyinə görə ÜST-ün baş direktoruna təşəkkürünü bildirən T.Musayev COVID-19 pandemiyasına qarşı mübarizədə nüfuzlu səhiyyə təşkilatının Azərbaycanla uğurlu əməkdaşlığını, eyni zamanda, qurumun verdiyi tövsiyələrin vacibliyini vurğulayıb.
Azərbaycana səfərindən məmnunluğunu bildirən Tedros Adhanom Qebreyesus COVID-19-a qarşı uğurlu mübarizənin aparılması, ölkəmizin bu sahədə milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirib.
O, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Ümumdünya Səhiyyə Təşkilatının sıx əməkdaşlıq etdiyini və Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.
Səhiyyə naziri Teymur Musayev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Qlobal səhiyyənin idarə edilməsi" adlı paneldə bildirib ki, dünyada səhiyyə sisteminə düzgün investisiyaların yatırılmasının vaxtı çatıb. Onun sözlərinə görə, vəsaitlərin, resursların azlığı, vaksinlərin kommersiya əsasında satışı qarşıda duran təhdidlərdir:
"Bu təhdidlə xüsusən gəliri aşağı olan ölkələr üzləşir".
Nazir həmçinin qeyd edib ki, ÜST ən yüksək səviyyədə olan səhiyyə təsisatıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0