https://sputnik.az/20220617/bu-hallarda-istilik-enerjisinin-verilisi-dayandirilacaq-443036785.html
Bu hallarda istilik enerjisinin verilişi dayandırılacaq
Bu hallarda istilik enerjisinin verilişi dayandırılacaq
Sputnik Azərbaycan
"Elektroenergetika haqqında" qanuna dəyişiklik sonuncu oxunuşda təsdiq edilib 17.06.2022, Sputnik Azərbaycan
2022-06-17T21:12+0400
2022-06-17T21:12+0400
2022-06-17T21:27+0400
enerji
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42429/41/424294187_0:26:3080:1759_1920x0_80_0_0_e7e9a89d69e8ac7e5af5e1a825708503.jpg
BAKI, 17 iyun - Sputnik. Enerji təchizatı müəssisəsinin istehlakçıya istilik enerjisinin verilməsini hansı hallarda dayandıracağı müəyyənləşir.Bununla bağlı "Elektroenergetika haqqında" qanuna dəyişiklik edilir.Dəyişikliyə əsasən, aşağıdakı hallarda istilik enerjisinin verilməsi dayandırılacaq:- İstehlakçının müvafiq yazılı müraciəti (istilik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;- Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi istilik enerjisinin hesabı istehlakçıya təqdim edildikdən (göstərildikdə) sonra müvafiq vəsait 1 ay müddətində tam məbləğdə ödənilmədikdə;- enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;- İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə;- təmir profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda;- məhkəmənin qərarı ilə;- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.Dəyişikliklər müzakirələrdən sonra üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42429/41/424294187_349:0:3080:2048_1920x0_80_0_0_48f7b27f2b4ad795a9e0d6261c3d1af5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
enerji
Bu hallarda istilik enerjisinin verilişi dayandırılacaq
21:12 17.06.2022 (Yenilənib: 21:27 17.06.2022) "Elektroenergetika haqqında" qanuna dəyişiklik sonuncu oxunuşda təsdiq edilib
BAKI, 17 iyun - Sputnik. Enerji təchizatı müəssisəsinin istehlakçıya istilik enerjisinin verilməsini hansı hallarda dayandıracağı müəyyənləşir.
Bununla bağlı "Elektroenergetika haqqında" qanuna dəyişiklik edilir.
Dəyişikliyə əsasən, aşağıdakı hallarda istilik enerjisinin verilməsi dayandırılacaq:
- İstehlakçının müvafiq yazılı müraciəti (istilik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
- Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi istilik enerjisinin hesabı istehlakçıya təqdim edildikdən (göstərildikdə) sonra müvafiq vəsait 1 ay müddətində tam məbləğdə ödənilmədikdə;
- enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
- İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə;
- təmir profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda;
- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.
Dəyişikliklər müzakirələrdən sonra üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.