Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycana meymunçiçəyi ilə bağlı testlər və dərmanlar gətiriləcək

© Photo : Azerbaijan Ministry of Health Teymur Musayev
 Teymur Musayev - Sputnik Azərbaycan, 1920, 17.06.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Səhiyyə naziri vətəndaşlara xəstəlikdən qorunmaq üçün tövsiyələrini də verib.
BAKI, 17 iyun — Sputnik. "Azərbaycana meymunçiçəyi ilə bağlı testlər və dərmanlar gətiriləcək". Bunu mətbuata açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan səhiyyəsi istənilən epidemik və pandemik çağırışlara cavab verməyə hazırdır:

"Meymunçiçəyi ilə əlaqədar bütün lazımi qabaqlayıcı tədbirlər görülüb".

Nazir deyib ki, dünyada bununla bağlı 2 minə yaxın hadisə qeydə alınıb, amma indiyə qədər meymunçiçəyi ilə birbaşa bağlı olan ölüm hadisəsi qeyd edilməyib:
"Fürsətdən istifadə edərək əhalimizə meymunçiçəyi ilə bağlı müraciət etmək istərdim. Sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq duraraq, normal həyat tərzinə davam edə bilərlər".
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizə bu günlərdə testlər gətiriləcək. Eyni zamanda meymunçiçəyinin müalicəsi üçün lazım olan və qeydiyyatdan keçmiş bütün dərman preparatları çox qısa müddətdə ölkəmizə gətiriləcək".
Məlumat üçün bildirək ki, artıq 25 Avropa ölkəsində 1500-dən çox xəstə aşkar edilib. Bu da dünyadakı ümumi sayın 85%-dir. Əlavə edək ki, iki gün öncə qonşu Gürcüstanda da virusa ilk yoluxma faktı təsdiqlənib.
© Пресс-служба научного центра вирусологии и биотехнологий "Вектор" / Fotobanka keçməkMeymunçiçəyi testi, arxiv şəkli
Тест-система для выявления случаев заражения оспой обезьян, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.06.2022
Meymunçiçəyi testi, arxiv şəkli
Xatırladaq ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.
Xəstəliyə ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında rast gəlinib. 2016-cı ildən bəri təsdiqlənmiş hallar son vaxtlar daha çox Mərkəzi Afrika Respublikası, Konqo Respublikası və Nigeriyada rast gəlinir.
2017-ci ilin sentyabrından bəri Nigeriyanın 32 ştatında 558 xəstə aşkarlanıb, 8 nəfər ölüb. Xəstəliyin 20 dəfə artmasının səbəbini 1980-ci ildə çiçək xəstəliyinə qarşı peyvəndin dayandırılması ilə əlaqələndirirlər.
Virusun inkubasiya dövrü 7-19 gündür. Xəstəlik heyvandan insana əsasən, heyvanın insan bədənini cızması, qanı və ya havadakı tənəffüs damcıları vasitəsilə ötürülə bilər. Lakin insandan insana keçməsi halları da müşahidə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0