https://sputnik.az/20220616/xtiralarin-xarici-dovletlerde-patentlesdirilmesi-xerclerinin-yarisini-dovlet-odeyecek-442956190.html
İxtiraların xarici dövlətlərdə patentləşdirilməsi xərclərinin yarısını dövlət ödəyəcək
İxtiraların xarici dövlətlərdə patentləşdirilməsi xərclərinin yarısını dövlət ödəyəcək
Sputnik Azərbaycan
Dövlət başçısı ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında fərman imzalayıb. 16.06.2022, Sputnik Azərbaycan
2022-06-16T09:01+0400
2022-06-16T09:01+0400
2022-06-16T09:01+0400
azərbaycan xəbərləri
ixtira
əqli mülkiyyət agentliyi
prezident
fərman
https://cdnn1.img.sputnik.az/img/41205/18/412051870_0:0:2000:1125_1920x0_80_0_0_2c8e3797a21a5a5ae14bd1de5ead5947.jpg
BAKI, 16 iyun - Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında fərman imzalayıb. Bu barədə Azərtac xəbər yayıb.Fərmana əsasən Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizi dövlət tərəfindən maliyyələşdiriləcək.Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bununla bağlı nəzərdə tutulan xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etmək və fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.Sənədə əsasən, nəzərdə tutulan maliyyələşməni həyata keçirmək üçün tələb olunan vəsaitin hər il dövlət büdcəsindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ayrılmasını təmin etmək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılıb.Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi isə bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirləri görəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220215/olkede-yeni-kartof-sortu-yetisdirilib-439212217.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41205/18/412051870_118:0:1895:1333_1920x0_80_0_0_38a98b7c2d489521c8cc29b193b5f3c5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ixtira, əqli mülkiyyət agentliyi, prezident, fərman
ixtira, əqli mülkiyyət agentliyi, prezident, fərman
İxtiraların xarici dövlətlərdə patentləşdirilməsi xərclərinin yarısını dövlət ödəyəcək
Dövlət başçısı ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında fərman imzalayıb.
BAKI, 16 iyun - Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında fərman imzalayıb. Bu barədə Azərtac xəbər yayıb.
Fərmana əsasən Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizi dövlət tərəfindən maliyyələşdiriləcək.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bununla bağlı nəzərdə tutulan xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etmək və fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Sənədə əsasən, nəzərdə tutulan maliyyələşməni həyata keçirmək üçün tələb olunan vəsaitin hər il dövlət büdcəsindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ayrılmasını təmin etmək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılıb.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi isə bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirləri görəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.