https://sputnik.az/20220616/turkiye-akkuyu-aes-in-ilk-enerji-blokunun-gelen-il-istifadeye-verileceyini-aciqlayib-442974323.html
Türkiyə "Akkuyu" AES-in ilk enerji blokunun gələn il istifadəyə veriləcəyini açıqlayıb
Türkiyə "Akkuyu" AES-in ilk enerji blokunun gələn il istifadəyə veriləcəyini açıqlayıb
Sputnik Azərbaycan
Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar bildirib ki, son 20 ildə elektrik enerjisinə tələbat 3 dəfə artıb və bundan... 16.06.2022, Sputnik Azərbaycan
2022-06-16T22:25+0400
2022-06-16T22:25+0400
2022-06-16T22:25+0400
aes
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434703407_0:97:1024:673_1920x0_80_0_0_e31f8733aa1197111734f6e004b20362.jpg
BAKI, 16 iyun — Sputnik. Rusiyanın "Rosatom" dövlət korporasiyası tərəfindən inşa edilən "Akkuyu" AES-in ilk enerji bloku 2023-cü ildə işə salınacaq. Bunu Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində keçirilən "Yaşıl enerji": yeni dövrün çağırışları" adlı paneldə bildirib."Son 20 ildə Türkiyədə elektrik enerjisinə tələbat 3 dəfə artıb və biz onun növbəti 20 ildə də artacağını gözləyirik. "Akkuyu" AES-in ilk enerji bloku gələn il istifadəyə veriləcək", - deyə nazir vurğulayıb.Bayraktar qeyd edib ki, Paris iqlim sazişinin ratifikasiyasından sonra Türkiyə 2050-ci ilə qədər iqtisadiyyatını karbonsuzlaşdırmalı olacaq."Bu baxımdan biz təbii qaza və atom enerjisinin inkişafına böyük əhəmiyyət veririk", - deyə Bayraktar əlavə edib.Xatırladaq ki, "Akkuyu" AES Türkiyənin cənub sahilində yerləşən atom elektrik stansiyasıdır. O VVER-1200 reaktorlu dörd enerji blokunun tikilib istifadəyə verilməsini əhatə edən Rusiya layihəsinə uyğun olaraq tikilir. Stansiyanın inşası ilə bağlı saziş 2010-cu ilin mayında imzalanıb. Bu gün "Akkuyu" elektrik stansiyasının inşası dünyanın ən böyük atom tikinti layihələrindən biridir. Tikinti sahəsində hər gün 13 mindən çox insan çalışır, 1000-dən çox tikinti texnikası və nəqliyyat vasitəsi bura cəlb olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434703407_115:0:1024:682_1920x0_80_0_0_a409841a6948ce06c57acc2c86904a7f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aes
Türkiyə "Akkuyu" AES-in ilk enerji blokunun gələn il istifadəyə veriləcəyini açıqlayıb
Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar bildirib ki, son 20 ildə elektrik enerjisinə tələbat 3 dəfə artıb və bundan sonra da artacaq.
BAKI, 16 iyun — Sputnik. Rusiyanın "Rosatom" dövlət korporasiyası tərəfindən inşa edilən "Akkuyu" AES-in ilk enerji bloku 2023-cü ildə işə salınacaq. Bunu Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində keçirilən "Yaşıl enerji": yeni dövrün çağırışları" adlı paneldə bildirib.
"Son 20 ildə Türkiyədə elektrik enerjisinə tələbat 3 dəfə artıb və biz onun növbəti 20 ildə də artacağını gözləyirik. "Akkuyu" AES-in ilk enerji bloku gələn il istifadəyə veriləcək", - deyə nazir vurğulayıb.
Bayraktar qeyd edib ki, Paris iqlim sazişinin ratifikasiyasından sonra Türkiyə 2050-ci ilə qədər iqtisadiyyatını karbonsuzlaşdırmalı olacaq.
"Bu baxımdan biz təbii qaza və atom enerjisinin inkişafına böyük əhəmiyyət veririk", - deyə Bayraktar əlavə edib.
Xatırladaq ki, "Akkuyu" AES Türkiyənin cənub sahilində yerləşən atom elektrik stansiyasıdır. O VVER-1200 reaktorlu dörd enerji blokunun tikilib istifadəyə verilməsini əhatə edən Rusiya layihəsinə uyğun olaraq tikilir. Stansiyanın inşası ilə bağlı saziş 2010-cu ilin mayında imzalanıb. Bu gün "Akkuyu" elektrik stansiyasının inşası dünyanın ən böyük atom tikinti layihələrindən biridir. Tikinti sahəsində hər gün 13 mindən çox insan çalışır, 1000-dən çox tikinti texnikası və nəqliyyat vasitəsi bura cəlb olunur.