https://sputnik.az/20220616/prezident-minsk-qrupunun-hemsedr-institutunun-artiq-pensiya-vaxtidir-442974043.html
Prezident: Minsk qrupunun həmsədr institutunun artıq pensiya vaxtıdır
Prezident: Minsk qrupunun həmsədr institutunun artıq pensiya vaxtıdır
Sputnik Azərbaycan
İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq, dövlət başçısı vurğulayıb 16.06.2022, Sputnik Azərbaycan
2022-06-16T12:52+0400
2022-06-16T12:52+0400
2022-06-16T13:07+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
forum
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441532694_0:121:1866:1171_1920x0_80_0_0_e905a924ca9e76e75fa41950757208fd.jpg
BAKI, 16 iyun — Sputnik. ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etmədi. Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb.Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.Dövlət başçısı qeyd edib ki, biz artıq bu mesajları almışıq ki, Minsk qrupunun həmsədr institutu fəaliyyət göstərməyəcək. Artıq onların pensiya vaxtıdır."Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq", - deyə Azərbaycan Prezidenti vurğulayıb.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu başlayıb.Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda çıxış edib.Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.Qlobal Bakı Forumu — Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 2013-2022-ci illər aralığında sayca 8 forum baş tutub. Sonuncu, VIII Qlobal Bakı Forumu 4-6 noyabr 2021-ci il tarixlərində keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441532694_72:0:1795:1292_1920x0_80_0_0_1bc7fa88763e757acb3e24fcd4ded94a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
prezident ilham əliyev, forum
prezident ilham əliyev, forum
Prezident: Minsk qrupunun həmsədr institutunun artıq pensiya vaxtıdır
12:52 16.06.2022 (Yenilənib: 13:07 16.06.2022) İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq, dövlət başçısı vurğulayıb
BAKI, 16 iyun — Sputnik. ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etmədi. Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, biz artıq bu mesajları almışıq ki, Minsk qrupunun həmsədr institutu fəaliyyət göstərməyəcək. Artıq onların pensiya vaxtıdır.
"Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda çıxış edib.
Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.
Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.
Qlobal Bakı Forumu — Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 2013-2022-ci illər aralığında sayca 8 forum baş tutub. Sonuncu, VIII Qlobal Bakı Forumu 4-6 noyabr 2021-ci il tarixlərində keçirilib.