https://sputnik.az/20220616/neftin-qiymeti-bir-gun-evvel-iki-heftenin-minimumuna-endikden-sonra-zeif-de-olsa-yukselir-442981339.html
Neftin qiyməti bir gün əvvəl iki həftənin minimumuna endikdən sonra zəif də olsa, yüksəlir
Neftin qiyməti bir gün əvvəl iki həftənin minimumuna endikdən sonra zəif də olsa, yüksəlir
Sputnik Azərbaycan
ABŞ-da neft ehtiyatları iyunun 10-da bitən həftədə 2 milyon barel artıb 16.06.2022, Sputnik Azərbaycan
2022-06-16T15:17+0400
2022-06-16T15:17+0400
2022-06-16T15:26+0400
neft-qaz
neft
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442485611_0:0:3295:1853_1920x0_80_0_0_c548f7d76850f340cbe0a8460b5f3cba.jpg
BAKI, 16 iyun — Sputnik. ABŞ-da ehtiyatların və Fed-in faiz dərəcəsinin artması ilə bağlı məlumatların fonunda neftin qiymətləri bir gün əvvəl iki həftənin ən aşağı səviyyəsinə endikdən sonra cümə axşamı səhərdən başlayaraq zəif və qeyri-müəyyən şəkildə yüksəlməyə başlayıb.Cümə axşamı Moskva vaxtı ilə saat 8:20-də Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri bir barel üçün 118,85 dollar təşkil edib. Bu, əvvəlki sessiyanın bağlanış qiymətindən 0,34 dollar (0,29%) çoxdur. Çərşənbə günü ticarət nəticəsində müqavilə 2,66 dollar (2,2%) ucuzlaşaraq 118,51 dollar/barelə düşüb.Nyu-York əmtəə birjasındakı (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti həmin vaxta qədər bir barel üçün 115,85 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,54 dollar (0,47%) çoxdur. Bir gün əvvəl bu kontraktların dəyəri 3,62 dollar (3%) azalaraq 115,31 dollar/barel olub.Çərşənbə axşamı bazar iştirakçıları ABŞ-ın Fed-in federal fondları üzrə faiz dərəcəsinin artırılması ilə bağlı xəbərləri mənfi qarşılayıblar, çünki "pul siyasətinin daha güclü şəkildə sərtləşdirilməsi neftə olan tələbata mənfi təsir göstərə bilər", - deyə Commerzbank-ın analitiki Karsten Friş bildirib.Çərşənbə günü ABŞ mərkəzi bankı əsas faiz dərəcəsini 1994-cü ildən bəri ilk dəfə olaraq birdən-birə 75 b.n. (baza nöqtəsi) artırıb. İlin əvvəlindən məzənnə 150 b.n. artırılaraq hazırda illik 1,5-1,75% təşkil edir.ABŞ Energetika Nazirliyinin rəsmi məlumatları, ölkədə neft ehtiyatlarının iyunun 10-da bitən həftədə 2 milyon barel artdığını göstərib, halbuki, analitiklər cəmi 1,1 milyon barel artım gözləyirdilər.Bu arada, Qərb mediası ABŞ prezidenti Co Baydenin ABŞ neft emalı şirkətlərindən benzin və dizel yanacağı istehsalını artırmağı xahiş etdiyini bildirib. "Müharibə zamanı neft şirkətlərinin yüksək mənfəət marjasının birbaşa Amerika ailələrinə ötürülməsi qəbuledilməzdir". Belə deyən Bayden yazıb: "Şirkətlər benzin, dizel yanacağı və digər təmizlənmiş məhsulların tədarükünü artırmaq üçün təcili tədbirlər görməlidirlər".Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında deyilir ki, Beynəlxalq Enerji Agentliyi 2022-ci ildə qlobal neft tələbatının artımını 99,4 milyon barel/gün səviyyəsində saxlayıb. Hesabatda, həmçinin, qeyd olunur ki, gələn il tələb əsasən Çin iqtisadiyyatının bərpası səbəbindən pandemiyadan əvvəlki səviyyələri keçəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442485611_167:0:2898:2048_1920x0_80_0_0_7ae2ffa52fac6a416c4a78a7f823896d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
neft, qiymət
Neftin qiyməti bir gün əvvəl iki həftənin minimumuna endikdən sonra zəif də olsa, yüksəlir
15:17 16.06.2022 (Yenilənib: 15:26 16.06.2022) ABŞ-da neft ehtiyatları iyunun 10-da bitən həftədə 2 milyon barel artıb
BAKI, 16 iyun — Sputnik. ABŞ-da ehtiyatların və Fed-in faiz dərəcəsinin artması ilə bağlı məlumatların fonunda neftin qiymətləri bir gün əvvəl iki həftənin ən aşağı səviyyəsinə endikdən sonra cümə axşamı səhərdən başlayaraq zəif və qeyri-müəyyən şəkildə yüksəlməyə başlayıb.
Cümə axşamı Moskva vaxtı ilə saat 8:20-də Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri bir barel üçün 118,85 dollar təşkil edib. Bu, əvvəlki sessiyanın bağlanış qiymətindən 0,34 dollar (0,29%) çoxdur. Çərşənbə günü ticarət nəticəsində müqavilə 2,66 dollar (2,2%) ucuzlaşaraq 118,51 dollar/barelə düşüb.
Nyu-York əmtəə birjasındakı (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti həmin vaxta qədər bir barel üçün 115,85 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,54 dollar (0,47%) çoxdur. Bir gün əvvəl bu kontraktların dəyəri 3,62 dollar (3%) azalaraq 115,31 dollar/barel olub.
Çərşənbə axşamı bazar iştirakçıları ABŞ-ın Fed-in federal fondları üzrə faiz dərəcəsinin artırılması ilə bağlı xəbərləri mənfi qarşılayıblar, çünki "pul siyasətinin daha güclü şəkildə sərtləşdirilməsi neftə olan tələbata mənfi təsir göstərə bilər", - deyə Commerzbank-ın analitiki Karsten Friş bildirib.
Çərşənbə günü ABŞ mərkəzi bankı əsas faiz dərəcəsini 1994-cü ildən bəri ilk dəfə olaraq birdən-birə 75 b.n. (baza nöqtəsi) artırıb. İlin əvvəlindən məzənnə 150 b.n. artırılaraq hazırda illik 1,5-1,75% təşkil edir.
ABŞ Energetika Nazirliyinin rəsmi məlumatları, ölkədə neft ehtiyatlarının iyunun 10-da bitən həftədə 2 milyon barel artdığını göstərib, halbuki, analitiklər cəmi 1,1 milyon barel artım gözləyirdilər.
Bu arada, Qərb mediası ABŞ prezidenti Co Baydenin ABŞ neft emalı şirkətlərindən benzin və dizel yanacağı istehsalını artırmağı xahiş etdiyini bildirib. "Müharibə zamanı neft şirkətlərinin yüksək mənfəət marjasının birbaşa Amerika ailələrinə ötürülməsi qəbuledilməzdir". Belə deyən Bayden yazıb: "Şirkətlər benzin, dizel yanacağı və digər təmizlənmiş məhsulların tədarükünü artırmaq üçün təcili tədbirlər görməlidirlər".
Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında deyilir ki, Beynəlxalq Enerji Agentliyi 2022-ci ildə qlobal neft tələbatının artımını 99,4 milyon barel/gün səviyyəsində saxlayıb. Hesabatda, həmçinin, qeyd olunur ki, gələn il tələb əsasən Çin iqtisadiyyatının bərpası səbəbindən pandemiyadan əvvəlki səviyyələri keçəcək.