Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Narkotik qaçaqmalçıları sərhədçilərə atəş açıb, saxlanılan var - FOTO

© Photo : State Border Service (Azerbaijan)DSX hərbçiləri
DSX hərbçiləri - Sputnik Azərbaycan, 1920, 16.06.2022
Abunə olmaq
Sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsdə cəhd ediblər
BAKI, 16 iyun — Sputnik. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
İyun ayının 7-də saat 22:15-də Dövlət Sərhəd Xidmətinin "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.
© Photo : State Border Service of Azerbaijan RepublicSaxlanılan şəxslərdən götürülən narkotiklər
Saxlanılan şəxslərdən götürülən narkotiklər - Sputnik Azərbaycan, 1920, 16.06.2022
Saxlanılan şəxslərdən götürülən narkotiklər
Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsdə cəhd ediblər.
Dövlət sərhədinin pozulması ilə bağlı keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılaraq üzərində olan 1 ədəd bağlamada təxmini çəkisi 5880 qram narkotik vasitə "marixuana"ya bənzər maddə aşkar olunaraq götürülüb, digər sərhəd pozucusu hava şəraitinin qaranlıq və ərazinin sıx meşəlik, kolluq olmasından istifadə edərək geri İran ərazisinə qaçıb.
© Photo : State Border Service of Azerbaijan RepublicSaxlanılan şəxslərdən götürülən narkotiklər
Saxlanılan şəxslərdən götürülən narkotiklər - Sputnik Azərbaycan, 1920, 16.06.2022
Saxlanılan şəxslərdən götürülən narkotiklər
İyun ayının 12-də saat 01:50-də Neftçala istiqamətində naməlum hədəf tərəfindən dəniz sərhədlərinin pozulması barədə daxil olmuş məlumatla əlaqədar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən qeyd olunan istiqamətə sərhəd gözətçi gəmiləri göndərilib, texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə iti surətli üzmə vasitəsinin hərəkəti nəzarətə götürülmüş və təqib olunaraq saxlanılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.
© Photo : State Border Service of Azerbaijan RepublicSaxlanılan şəxslərdən götürülən narkotiklər
Saxlanılan şəxslərdən götürülən narkotiklər - Sputnik Azərbaycan, 1920, 16.06.2022
Saxlanılan şəxslərdən götürülən narkotiklər
Hadisə ilə əlaqədar dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsi təşkil olunaraq üzmə vasitəsinin hərəkət etdiyi istiqamətdə sahil ərazilərinə baxış keçirilib. Nəticədə Cənub regional şöbəsinin "Mayak" sahil nəzarəti bölməsinin xidməti ərazisində Neftçala rayonunun Mayak kəndinin yaxınlığında dəniz sahilində iki ədəd şübhəli kisə aşkarlanıb. Kisələrə baxış zamanı 13 ədəd bağlamada təxmini çəkisi 22 kiloqram 855 qram narkotik vasitəyə (15180 qram – "marixuana", 7175 qram – "tiryək", 500 qram – "heroin") bənzər maddələr və 1543 ədəd psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər lenti
0