https://sputnik.az/20220616/lham-eliyev-azerbaycanin-enerji-ehtiyatlarina-telebat-artmaqdadir-442972831.html
İlham Əliyev: Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır
İlham Əliyev: Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır
Sputnik Azərbaycan
Biz qaz istehsalını artırmalıyıq. Hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik 16.06.2022, Sputnik Azərbaycan
2022-06-16T18:07+0400
2022-06-16T18:07+0400
2022-06-16T18:07+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
enerji
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1e/437772433_0:0:3227:1816_1920x0_80_0_0_aeb25c5e99c1ac6edcaf6a0e8c79e981.jpg
BAKI, 16 iyun — Sputnik. Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır. Bu ilin fevralında Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasını keçirdik və gələcək addımları planlaşdırmağa çalışdıq. Lakin Avropadakı vəziyyət köklü şəkildə dəyişib. Odur ki, Azərbaycanın karbohidrogen resurslarına ehtiyac artıb.Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib."Son aylar ərzində biz bir neçə Avropa ölkəsindən qaz təchizatı ilə bağlı müraciət almışıq. Biz onların ehtiyaclarını qarşılamağa çalışmalıyıq. Əlbəttə, problemin həlli o qədər də asan deyil. Biz qaz istehsalını artırmalıyıq. Hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik", - deyə Azərbaycan Prezidenti qeyd edib.Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu başlayıb.Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda çıxış edib.Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.
https://sputnik.az/20220615/prezident-lham-eliyev-abs-dovlet-katibinin-komekcisini-qebul-edib-442948639.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1e/437772433_213:0:2942:2047_1920x0_80_0_0_fcd3c63dc236af2b7b7f074a556952d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
prezident ilham əliyev, enerji
prezident ilham əliyev, enerji
İlham Əliyev: Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır
Biz qaz istehsalını artırmalıyıq. Hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik
BAKI, 16 iyun — Sputnik. Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır. Bu ilin fevralında Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasını keçirdik və gələcək addımları planlaşdırmağa çalışdıq. Lakin Avropadakı vəziyyət köklü şəkildə dəyişib. Odur ki, Azərbaycanın karbohidrogen resurslarına ehtiyac artıb.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
"Son aylar ərzində biz bir neçə Avropa ölkəsindən qaz təchizatı ilə bağlı müraciət almışıq. Biz onların ehtiyaclarını qarşılamağa çalışmalıyıq. Əlbəttə, problemin həlli o qədər də asan deyil. Biz qaz istehsalını artırmalıyıq. Hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik", - deyə Azərbaycan Prezidenti qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda çıxış edib.
Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.
Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.