https://sputnik.az/20220616/kendden-sehere-yarmarkalari-kecirilecek-442995528.html
“Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
“Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
Sputnik Azərbaycan
Yarmarkalarda 45 regiondan 100-ə yaxın fermer iştirak edəcək. Yarmarkalar Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda fəaliyyət göstərəcək 16.06.2022, Sputnik Azərbaycan
2022-06-16T19:23+0400
2022-06-16T19:23+0400
2022-06-16T19:23+0400
kənd
cəmiyyət
yarmarka
https://cdnn1.img.sputnik.az/img/42152/94/421529400_0:78:1500:922_1920x0_80_0_0_8d610e35277cd37194f8f933c08fc37e.jpg
BAKI, 16 iyun — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iyunun 18-19-da "Kənddən Şəhərə" həftəsonu yarmarkaları təşkil olunacaq.Yarmarkalar Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda fəaliyyət göstərəcək. Budəfəki yarmarkalarda ümumilikdə 45 regiondan 100-ə yaxın fermer iştirak edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər."Kənddən Şəhərə" həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini yerli, mövsümi və təbii kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.Yarmarkalarda satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunacaq. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan məhsulların keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.Qeyd edək ki, "Kənddən Şəhərə" həftəsonu yarmarkalarında fermerlər tamamilə ödənişsiz şəkildə iştirak edirlər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunurlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilir. Onların məhsulları birbaşa təsərrüfatlarından yarmarka keçirilən ünvanlara qədər daşınır."Kənddən şəhərə" həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metro "Gənclik" stansiyasının çıxışı)- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı)- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42152/94/421529400_84:0:1417:1000_1920x0_80_0_0_d3afe216ddb40c81efa4a2ebe0448681.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kənd, yarmarka
“Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
Yarmarkalarda 45 regiondan 100-ə yaxın fermer iştirak edəcək. Yarmarkalar Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda fəaliyyət göstərəcək
BAKI, 16 iyun — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iyunun 18-19-da "Kənddən Şəhərə" həftəsonu yarmarkaları təşkil olunacaq.
Yarmarkalar Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda fəaliyyət göstərəcək. Budəfəki yarmarkalarda ümumilikdə 45 regiondan 100-ə yaxın fermer iştirak edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
"Kənddən Şəhərə" həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini yerli, mövsümi və təbii kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Yarmarkalarda satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunacaq. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan məhsulların keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
Qeyd edək ki, "Kənddən Şəhərə" həftəsonu yarmarkalarında fermerlər tamamilə ödənişsiz şəkildə iştirak edirlər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunurlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilir. Onların məhsulları birbaşa təsərrüfatlarından yarmarka keçirilən ünvanlara qədər daşınır.
"Kənddən şəhərə" həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metro "Gənclik" stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.