Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bayramov bölgədə sülhün təmin edilməsi istiqamətində atılan addımlar barədə danışıb

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 16.06.2022
Abunə olmaq
Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə regional vəziyyət ətrafında fikir mübadiləsi aparıb
BAKI, 16 iyun - Sputnik. İyunun 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, habelə regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ABŞ rəsmisinə bölgədə mövcud vəziyyət, o cümlədən postmünaqişə mərhələsində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri, habelə Azərbaycan hökumətinin bölgədə münasibətlərin normallaşması və sülhün təmin edilməsi istiqamətində atdığı addımlar barədə məlumatlandırıb.
Karen Donfrid ABŞ-ın bölgədə sülh və sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.
Xəbər lenti
0