Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı Dövlət Sirkinin direktoru istefa verib

© Sputnik / Murad OrujovBakı Dövlət Sirkinin binası, arxiv şəkli
Bakı Dövlət Sirkinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.06.2022
Abunə olmaq
Ötən ilin mart ayında Bakı Dövlət Sirkinə direktor təyin olunan Elmir Hüseynov iyun ayının 1-dən işdən çıxması ilə bağlı ərizə yazıb.
BAKI, 16 iyun — Sputnik. Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov istefa verib. Bu barədə Sirkin sosial media meneceri Gülşanə Mustafayeva xəbər verib. O bildirib ki, Elmir Hüseynov öz ərizəsi ilə işdən ayrılıb: "Elmir müəllim iyun ayının 1-dən işdən çıxması ilə bağlı ərizə yazıb. Hazırda sirkin idarə edilməsi direktor müavini Nahid Ağayevə həvalə olunub".
Məlumat üçün bildirək ki, Elmir Hüseynov ötən ilin mart ayında Bakı Dövlət Sirkinə direktor təyin olunub.
Qeyd edək ki, Bakı Dövlət Sirki iyulun 15-də mövsümü bağlayır.
İmran Xan - Sputnik Azərbaycan, 1920, 04.04.2022
DÜNYA XƏBƏRLƏRİ
Azərbaycanın yaxın dostu İmran Xan Pakistanın Baş naziri postundan istefa verib
Xəbər lenti
0