DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Azərbaycanın yaxın dostu İmran Xan Pakistanın Baş naziri postundan istefa verib

© Sputnik / FAROOQ NAEEMİmran Xan
İmran Xan - Sputnik Azərbaycan, 1920, 04.04.2022
Abunə olmaq
Pakistanın informasiya və yayım naziri Fərrux Həbibin sözlərinə görə, növbədənkənar parlament seçkiləri 90 gün sonra keçiriləcək.
BAKI, 4 aprel — Sputnik. Pakistanın Baş naziri İmran Xan istefa verib.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb.
"Pakistan Konstitusiyasının 48-ci maddəsinin 1-ci bəndi ilə 58-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Pakistan Prezidenti tərəfindən Milli Assambleyanın buraxılması nəticəsində İmran Xan Pakistanın Baş naziri vəzifəsini tutmağı dayandırıb", - Nazirlər Kabinetinin məlumatında vurğulanıb.
O, ölkə parlamentinin buraxılmasından sonra baş nazir vəzifəsindən uzaqlaşdırılsa da, müvəqqəti baş nazir təyin olunana qədər bu vəzifəni tutmağa davam edəcək.
Pakistanın informasiya və yayım naziri Fərrux Həbibin sözlərinə görə, növbədənkənar parlament seçkiləri 90 gün sonra keçiriləcək.
Qeyd edək ki, Pakistan müxalifəti Baş nazir İmran Xanı ölkədə inflyasiyaya nəzarət edə bilməməkdə ittiham edərək onun istefasını və bununla bağlı qanunverici orqanda etimad səsverməsinin keçirilməsini tələb edirdi. Milli Assambleya sədrinin müavini Qasım Suri Baş nazirə etimadsızlığın Konstitusiyanın 5-ci maddəsi ilə ziddiyyət təşkil etdiyini bildirib və təklifi səsverməyə qoymayıb.
Müxalifət səsvermənin ləğv edilməsinə etiraz edərək məhkəməyə müraciət edəcəklərinin bildirmişdi. Bu, İmran Xanın parlamentin buraxılması təklifi ilə çıxış etməsinə səbəb olub. O, aprelin 3-də Prezident Arif Alviyə parlamentin buraxılması təkilfi ilə müraciət etmişdi.
Xatırladaq ki, aprelin 3-də Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın təklifi ilə Milli Assambleyanı (parlamentin aşağı palatası - Red) buraxıb.
Pakistan parlamenti Baş nazirə etimadsızlıq təklifini rədd edib. Müzakirədə səsvermənin konstitusiya pozuntusu olacağı bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0