https://sputnik.az/20220616/azerbaycanli-aktyor-qizil-femi-mukafatina-layiq-gorulub-442976313.html
Azərbaycanlı aktyor "Qızıl Femi" mükafatına layiq görülüb
Azərbaycanlı aktyor "Qızıl Femi" mükafatına layiq görülüb
Sputnik Azərbaycan
Filmdə hadislər Bayıl həbsxanasında cərəyan edir. Müəllif polis sistemində 18 illik əməliyyatçı təcrübəsindən istifadə edib 16.06.2022, Sputnik Azərbaycan
2022-06-16T21:01+0400
2022-06-16T21:01+0400
2022-06-16T21:01+0400
aktyor
mədəniyyət
mükafat
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442976159_0:0:1200:676_1920x0_80_0_0_5e921245f6a3c05c2d27d93abedacabe.jpg
BAKI, 16 iyun — Sputnik. Azərbaycanın Xalq artisti Sabir Məmmədov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Qızıl Femi" Festivalının "Ən yaxşı bədii aktyor" nominasiyasında əsas mükafata layiq görülüb. "Qızıl Femi " mükafatının təqdimat mərasimi 63 ölkədə yayımlanıb. Tədbirə fəxri himayədarlığı Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliana Yotova edib.Qeyd edək ki, Sabir Məmmədov "Qızıl Femi" mükafatına Cəlaləddin Qasımovun "Edam günü" tammetrajlı bədii filminindəki baş rola görə layiq görülüb. "Edam günü"ün ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov bildirib ki, bu ekran əsərində hadisələr Sovet dövrünün son illərinin həbsxana həyatından bəhs edir. Müəllif polis sistemində 18 illik əməliyyatçı təcrübəsindən istifadə edib, həyatda gördüyü, qarşılaşdığı, öyrəndiyi hadisələr barədə qeydlər edib. Filmdə edama məhkum olunmuş bir məhbusun kamerada yaşadığı həyəcanlı anlar əks olunub.C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi gənclərin içərisindəki istedadı üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir: "Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam. Ekran işi bir həyat təcrübəsi, bir həyat məktəbidir. Həyatda buraxılan səhvlər, habelə bizim görmədiymiz, yaşamadığımız günahlar övladlarımız tərəfindən yaşanmamalı, təkrar edilməməlidir. Beləliklə, biz gənclərimizi gələcək səhvlərdən qorumağa borcluyuq. "Edam günü" də bu borcun bir ifadəsidir".Filmdə baş rollarda Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin rejissoru Elşən Heydərov, təsvir rejissoru Mehdi Yaqubovdur. "SPP Production" tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.Qeyd edək ki, bu ekran əsəri 33 beynəlxalq festivalda uğur qazanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442976159_0:0:1000:750_1920x0_80_0_0_f8bcc8bc956c3ce8593ddfd41165ff0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aktyor, mükafat
Azərbaycanlı aktyor "Qızıl Femi" mükafatına layiq görülüb
Filmdə hadislər Bayıl həbsxanasında cərəyan edir. Müəllif polis sistemində 18 illik əməliyyatçı təcrübəsindən istifadə edib
BAKI, 16 iyun — Sputnik. Azərbaycanın Xalq artisti Sabir Məmmədov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Qızıl Femi" Festivalının "Ən yaxşı bədii aktyor" nominasiyasında əsas mükafata layiq görülüb. "Qızıl Femi " mükafatının təqdimat mərasimi 63 ölkədə yayımlanıb. Tədbirə fəxri himayədarlığı Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliana Yotova edib.
Qeyd edək ki, Sabir Məmmədov "Qızıl Femi" mükafatına Cəlaləddin Qasımovun "Edam günü" tammetrajlı bədii filminindəki baş rola görə layiq görülüb. "Edam günü"ün ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov bildirib ki, bu ekran əsərində hadisələr Sovet dövrünün son illərinin həbsxana həyatından bəhs edir. Müəllif polis sistemində 18 illik əməliyyatçı təcrübəsindən istifadə edib, həyatda gördüyü, qarşılaşdığı, öyrəndiyi hadisələr barədə qeydlər edib. Filmdə edama məhkum olunmuş bir məhbusun kamerada yaşadığı həyəcanlı anlar əks olunub.
C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi gənclərin içərisindəki istedadı üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir: "Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam. Ekran işi bir həyat təcrübəsi, bir həyat məktəbidir. Həyatda buraxılan səhvlər, habelə bizim görmədiymiz, yaşamadığımız günahlar övladlarımız tərəfindən yaşanmamalı, təkrar edilməməlidir. Beləliklə, biz gənclərimizi gələcək səhvlərdən qorumağa borcluyuq. "Edam günü" də bu borcun bir ifadəsidir".
Filmdə baş rollarda Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin rejissoru Elşən Heydərov, təsvir rejissoru Mehdi Yaqubovdur. "SPP Production" tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.
Qeyd edək ki, bu ekran əsəri 33 beynəlxalq festivalda uğur qazanıb.