https://sputnik.az/20220616/azerbaycanda-odenis-kartlarinin-sayi-keskin-artib-442973871.html
Azərbaycanda ödəniş kartlarının sayı kəskin artıb
Azərbaycanda ödəniş kartlarının sayı kəskin artıb
Sputnik Azərbaycan
Bakıda “Fintex Summit” - Maliyyə və Texnologiyalar Sərgisi keçirilir. Mərkəzi Bankın baş direktoru tədbirdə çıxış edib 16.06.2022, Sputnik Azərbaycan
2022-06-16T13:18+0400
2022-06-16T13:18+0400
2022-06-16T13:18+0400
ödəniş
iqtisadiyyat
tədbir
https://cdnn1.img.sputnik.az/img/41939/61/419396163_0:100:1921:1180_1920x0_80_0_0_1a30f0c1be92f0c1599096f2934c3dac.jpg
BAKI, 16 iyun — Sputnik. Bakıda "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə "Fintex Summit" - Maliyyə və Texnologiyalar Sərgisi işinə başlayıb.Tədbir "Bank və Maliyyə Ekosistemində Yeni Trendlər İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik" mövzusuna həsr olunub.Tədbirdə müzakirələr 8 panel çərçivəsində aparılacaq və 60 məruzəçi, 120 şirkət iştirak edir.Mərkəzi Bankın baş direktoru Fərid Osmanov çıxış edərək deyib ki, iyunun 1-nə ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 12,4 milyona çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.O qeyd edib ki, ölkədaxili bu kartlarla həyata keçirilən nağdsız ödənişlərin həcmi 2,2 dəfə artaraq 8 milyard manata bərabər olub. Nağdsız ödənişlərin çəkisi kart ödənişlərində ilk dəfə 124 faiz bəndi artıb. Nağdsız ödənişlərin həcmində xüsusi önəm daşıyan elektron ticarətin məbləği 2,7 dəfə artaraq 6 milyard manat olub.O bildirib ki, 2018-ci ildə qlobal olaraq dünyada 12 min fintex təşkilatı var idisə, 2021-ci ilin əvvəlinə bu rəqəm 23 min təşkil edib. 2021-ci ildə fintex ekosisteminə qoyulmuş investisiyaların həcmi 210 milyard dollara çatıb.Qeyd edək ki, sammit regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41939/61/419396163_106:0:1813:1280_1920x0_80_0_0_ee005412605306abb2dd1b9b57dd7194.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ödəniş, tədbir
Azərbaycanda ödəniş kartlarının sayı kəskin artıb
Bakıda “Fintex Summit” - Maliyyə və Texnologiyalar Sərgisi keçirilir. Mərkəzi Bankın baş direktoru tədbirdə çıxış edib
BAKI, 16 iyun — Sputnik. Bakıda "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə "Fintex Summit" - Maliyyə və Texnologiyalar Sərgisi işinə başlayıb.
Tədbir "Bank və Maliyyə Ekosistemində Yeni Trendlər İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik" mövzusuna həsr olunub.
Tədbirdə müzakirələr 8 panel çərçivəsində aparılacaq və 60 məruzəçi, 120 şirkət iştirak edir.
Mərkəzi Bankın baş direktoru Fərid Osmanov çıxış edərək deyib ki, iyunun 1-nə ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 12,4 milyona çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.
O qeyd edib ki, ölkədaxili bu kartlarla həyata keçirilən nağdsız ödənişlərin həcmi 2,2 dəfə artaraq 8 milyard manata bərabər olub. Nağdsız ödənişlərin çəkisi kart ödənişlərində ilk dəfə 124 faiz bəndi artıb. Nağdsız ödənişlərin həcmində xüsusi önəm daşıyan elektron ticarətin məbləği 2,7 dəfə artaraq 6 milyard manat olub.
O bildirib ki, 2018-ci ildə qlobal olaraq dünyada 12 min fintex təşkilatı var idisə, 2021-ci ilin əvvəlinə bu rəqəm 23 min təşkil edib. 2021-ci ildə fintex ekosisteminə qoyulmuş investisiyaların həcmi 210 milyard dollara çatıb.
Qeyd edək ki, sammit regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biridir.